Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı İrşad Əliyev Kürdəmir şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin hesabat yığıncağında iştirak etmişdir.
Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İ.N.Əliyev çıxış edərək bildirdi ki, son bir ildə şəhərdə görülmüş tikinti-quraşdırma abadlıq işləri heç də bizi qane etməməlidir. Hələ qarşıda görüləsi çoxlu sayda işlərimiz vardır. Bunlardan əlavə şəhərdə və eləcə də rayonumuzda görülən hər bir işdə sakinlərimizin də iştirakı təmin edilməlidir. Onlar bilməlidirlər ki, görülmüş hər bir işdə onların da əməyi vardır. Onda onlar görülmüş hər işin qədirini biləcək, mühafizəsini təmin edəcəkdir.
Başçı şəhərdə aparılan tikinti quraşdırma işlərinin surətləndirməsini və əlavə olaraq yaxın vaxt ərzində şəhərin digər küçə meydanlarında da tikinti quraşdırma işlərinə başlanacagını bildirdi və qeyd etdi ki, Mərkəzi Rayon Xəstəxanasına gedən X. İslamzadə küçəsində demək olar ki, tikinti quraşdıma işləri yekunlaşır, M.Rəsulzadə küçəsində 69-cu məhəllədən keçmək şərti ilə Mərkəzi Rayon Xəstəxanasına kimi olan yolun əsası asfalt örtüyü vurulması üçün qum- çınqıl qarışıgı ilə bərkidilmiş, yaxın vaxt ərzində asfalt örtüyü də vurulacaqdır. Bundan sonra Mərkəzi Rayon Xəstəxanasına əhalinin piyada gediş-gəlişini təmin etmək məqsədi ilə şəhərin Nizami küçəsindən Mərkəzi Rayon Xəstəxanasına birbaşa yolun açılışı təmin ediləcək və həmin yol həm piyadaların və həm də aftonəqliyyat vasitələrinin hərəkəti üçün müasir səviyyədə tikiləcəkdir.
Bunlardan əlavə çox yaxın vaxt ərzində şəhərin mərkəzindən keçən Axsu – Kürdəmir - Bəhrəmtəpə yolunun şəhər daxilində olan 6 km hissəsinin müasir tələblər səviyyyəsində tikiləcəyi, yolun həmin hissəsində yeni ışıq dirəklərinin qoyulacagı, ərazidə elektirik naqillərinin kabel sisteminə keçəcəyi, piyada yollarının və küveyt xəttlərinin yenidən tikiləcəyi, divarların üzlük materialları ilə üzlənəcəyi və asfalt örtüyünün yenidən vurulacagı bildirildi.
Başçı onuda bildirdi ki, artıq müəyyən müddətdir ki, “Heydər Əliyev” Mərkəzinin və Parkının tikintisinə başlanılmışdır. “Heydər Əliyev” Mərkəzi gənclərimizin və məktəblilərin Heydər Əliyev irsinin öyrənilməsində tədris müəssiəsi kimi fəaliyyət göstərəcəkdir.
“Heydər Əliyev” parkında inşa edilən Qədim Azərbaycan xəritəsi, Azərbaycanın 5 min illik tarixini, dövlətçiliyini və ərazisini özündə əks etdirməklə gənclərimizin və məktəblilərimizin əzəli Azərbaycan tarixini və dövlətçiliyini öyrənməkdə əyani təcrübə məktəbi olacaqdır.
Bütün bunlardan əlavə İrşad Əliyev çox yaxın müddət ərzində şəhərin Heydər Əliyev prospektində və vagzalyanı meydanında yeni fantan qurgularının və yaşıllıq zolaqlarının tikiləcəyini, şəhərin mərkəzi küçələrinin yeni ışıq dirəkləri ilə tamamilə təmin edilməsi məqsədi ilə əlavə olaraq 200 ədəd ışıq dirəklərinin alınıb, gətirildiyini bildirdi.
Yekunda şəhər sakinləri, ağsaqqallar, rayonda aparılan abadlıq quruculuq işlərinə görə bir daha Ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.