Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə doqquz ayın yekunları və qarşıda duran vəzifələr müzakirə olunub

17 oktyabr 2017 | 16:00

Oktyabrın  17-də  rayon  icra  hakimiyyətinin  akt  zalında   “Kürdəmir rayonunun  2017-ci  ilin  doqquz ayının  sosial-iqtisadi  inkişafının  yekunları və qarşıda  duran  vəzifələr  barədə”    Rayon   İcra  Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun hesabat yığıncağı keçirilib.
  Yığıncaqda Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısı Aparatının işçiləri,  rayonun hüquq mühafizə orqanlarının,  idarə,   müəssisə və  xidmət  təşkilatlarının  rəhbərləri,  icra nümayəndələri və bələdiyyə sədrləri,  rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
İclası giriş sözü ilə açan Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə Respublika Nazirlər Kabinetinin 2017-cı ilin doqquz ayının sosial-iqtisadi  inkişafının  yekunlarına  həsr olunmuş 09 oktyabr tarixli iclasında  bu ilin 9 ayında görülmüş işlər ətraflı təhlil edilmiş, qazanılan nailiyyətlər yüksək qiymətləndirilmişdir. Möhtərəm  Cənab  Prezident  bu ilin 9 ayında ölkəmizin uğurla və hərtərəfli  inkişaf  etdiyini, bütün sahələrdə dinamik inkişafın təmin edildiyini, qeyri  neft  iqtisadiyyatının  2,5 faiz, qeyri neft sənayesinin 3,1 faiz, kənd təsərrüfatının  2,8 faiz artdığını qeyd etmişdir. Cənab  Prezident  ölkədə 226 min  iş  yerinin  yaradıldığını və bu iş yerlərinin 171 mininin  daimi  iş yerləri olduğunu  vurğulayaraq  işsizliyin  aşağı səviyyədə  saxlanıldığını bildirdi. Ölkə rəhbəri  əsas  infrastruktur  layihələrinin  9  ayda uğurla icra edildiyini,  700 km-dən çox içməli su xəttinin çəkildiyini, qazlaşdırmanın ölkəmizdə 93 faiz səviyyəsində olduğunu, elektrik enerjisi ilə təminatın yaxşılaşdığını, yeni yarımstansiyaların tikildiyini, elektrik xətlərinin çəkildiyini qeyd etmişdir. Ölkə Prezidenti bu ilin əvvəlindən 100-ə yaxın məktəbin, 27 tibb ocağının tikildiyini və ya təmir edildiyini qeyd etdi.
Hesabat dövründə Kürdəmir rayonunda görülən işlərdən danışan Ceyhun Cəfərov bildirib ki, Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar  Respublikamızın hər bir regionunda olduğu  kimi rayonumuzda da nailiyyətlər olmuş, yeni iş yerlərinin yaradılması istiqamətində böyük və ardıcıl işlər görülmüşdür. Rayonda pambıqçılığın, baramaçılığın,  maldarlığın,  narçılığın, üzümçülük və taxılçılığın, yeni istixanaların  tikilməsi, balıq göllərinin yaradılması, ümumilikdə kənd təsərrüfatının  bütün  sahələrinin  inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Sahibkarlığın inkişafı üçün Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2017-ci ilin 9 ayında Kürdəmir rayonunun 16 sahibkarına 136 min 500 manat məbləğində kredit verilmiş və nəticədə 25 yeni iş yeri yaradılmışdır. Rayonunun sosial-iqtisadi inkişafı Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində 2017-ci ilin 9 ayı ərzində 1884 yeni iş yeri açılmış, bunlardan 1854-ü daimi iş yerləridir.Cənab Prezidentimizin tapşırığına əsasən və eyni zamanda rayonun sosial-iqtisadi inkişafı Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində 2017-ci ilin 9 ayında rayonumuzda fəaliyyət göstərən  idarə, müəssisə və təşkilatlarda müvəqqəti xarakterli 261 nəfər işlə təmin olunmuşdur. Hər il olduğu kimi bu ildə “Əmək yarmarkası” keçirilmiş, yarmarkada 40 müəssisədən 281 boş iş yeri təqdim olunmuş, 78 nəfər daimi işlə təmin olunmuş, 20 nəfər peşə hazırlığı kursuna, 18 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunmuşdur. Əhalinin özünüməşğulluğunun təmin olunması ilə əlaqədar özünəməşğulluq proqramına uyğun olaraq 17 nəfərin biznes planı müsbət qiymətləndirilmiş, onların hamısı aktivlərlə təmin olunmuşlar.  2017-ci ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə rayonumuzda ümumi məhsul buraxılışı 0,9 faiz artaraq 252 milyon 860,8 min manat təşkil etmişdir. Ümumi məhsul buraxılışının 66,4 faizi istehsal, 33,6 faizi xidmət sahələrində  olmuşdur. Bunun 18,4 faizini sənaye, 41,8 faizini kənd təsərrüfatı, 6,1 faizini tikinti, 1,3 faizini nəqliyyat, 0,2 faizini rabitə, 32,2 faizini isə ticarət sahələri təşkil edir. Hesabat dövründə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonumuzda aqrar sektorun inkişafı diqqət mərkəzində saxlanılmışdir. Cənab Prezidentimizin qeyd etdiyi kimi kənd təsərrüfatının hər bir sahəsi bizim üçün cox vacibdir. Odur ki, biz çalışmalı, kənd təsərrüfatının bütün sahələrini maksimum dərəcədə inkişaf etdirməli, ixrac yönümlü məhsulların istehsalına daha çox diqqət yetirməliyik. Hesabat dövründə rayonumuzda taxıl istehsalının artırılması sahəsində müvafiq tədbirlər görülmüş,  39396 hektar sahənin taxılı biçilmiş, 80700 ton məhsul götürülmüşdür.Taxıl istehsalında əvvəlki ilə nisbətən azalmanın qarğıdalı dəni hesabına aradan qaldırılması üçün tədbirlər görülmüş, 1500 hektardan çox sahədə dənlik qarğıdalı əkilmiş, yüksək texnologiya ilə becərilməsi təmin olunmuşdur. Hazırda qarğıdalı yığımı aparılır. İndiyədək 1000 hektaradək sahə yığılmış, 10 min tondan çox qarğıdalı dəni götürülmüşdür.Taxılın toxumçuluğuna daha ciddi fikir verilmiş, toxum fonduna 5 min tondan çox dən ayrılmış, çeşidlənərək 4000 tonadək yüksək reproduksiyalı toxum əldə edilmişdir.Növbəti ilin məhsulu üçün bu il 45 min hektaradək taxıl əkilməsi nəzərdə tutulmuşdur. Bu ötən ildəkindən 5 min hektaradək çoxdur.  İndiyədək 28 min hektaradək taxıl əkiləcək sahənin şumu çıxarılmış, 5 min hektardan çox sahədə arpa, 1000 hektaradək sahədə buğda  əkilmişdir. Bir çox ərazilərdə taxıl əkini gecikdirilir. Odur ki, əkinin optimal müddətdə başa çatdırılması üçün bütün zəruri tədbirlər görülməlidir.Hesabat dövründə 10606 hektarda yonca, 1119 hektarda kartof, 1432 hektarda tərəvəz, 4000 hektaradək sahədə bostan, 10 hektarda günəbaxan, 15 hektarda yerfındığı, 200 hektardan çox sahədə soya, 237 hektarda şəkər çuğunduru, 100 hektardan çox sahədə qarabaşaq becərilmişdir. Sahələrdən 13738 ton kartof, 20500 ton tərəvəz, 70000 tonadək bostan, 20 tondan çox günabaxan, 300 tonadək çuğundur istehsal edilmişdir. Bu göstəricilər üzrə məhsullar ötən ildəkindən çoxdur. Bostan, tərəvəz, şəkər çuğunduru, qarğıdalı dəni, soya yığımları davam etdirilir.Olkə Prezidenti Azərbaycana valyuta axınının təmin edilməsi məqsədilə ixracyönümlü məhsulların istehsalının xüsusi əhəmiyyət daşıdığını, pambığın da ixracyönümlü məhsul olduğunu  və bu sahənin ciddi inkişaf etdirilməsini qarşımıza mühüm vəzifə kimi qoymuşdur. Həmin tapşırığın icrasını təmin etmək məqsədilə rayonumuzda bütün imkanlar təhlil olunaraq bu il 4027 hektar sahədə pambıq əkilmişdir. Becərmə işləri də aqrotexniki qaydalara uyğun aparılmış, sahələrdə bol məhsul yetişdirilmişdir. Artıq ay yarımdır ki, pambıq yığımı aparılır. Yığıma 2000 nəfərdən çox işçi qüvvəsi, 6 pambıqyığan maşın, digər maşın və mexanizmlər cəlb edilmiş, 2500 tondan çox pambıq tədarük olunmuşdur.  Ümumilikdə pambıq əkini, becərilməsi və yığılması işinə rayon üzrə 4000 nəfərədək işçi qüvvəsi cəlb edilmişdir. Başlıca vəzifəmiz yığımın mütəşəkkilliyini artırmaqla qalan qısa müddət ərzində məhsulu itkiyə vermədən yığıb təhvil verməkdən ibarətdir. Aidiyyatı şəxslər bu işin məsuliyyətini dərk etməlidirlər. İstehsalçılar tərəfindən məhsulun itkisiz götürülməsi istiqamətində daha ciddi tədbirlər görülməli, pambığın vaxtında yığılaraq mütəşəkkil şəkildə qəbul məntəqələrinə təhvil verilməsi təmin edilməlidir Rayonda pambıqçılığın inkişafı ilə əlaqədar Cənab Prezidentimizin tapşırığına uyğun olaraq pambıq sahələrinin gələn il bir daha artırılması planlaşdırılır. Odur ki,  pambıq əkiləcək yerlər indidən seçilməlidir. Onu da qeyd edim ki, yüksək məhsul götürmək üçün pambıq əkiləsi sahələrin şumu faraş və keyfiyyətli aparılmalı, qış aratına üstünlük verilməlidir. Möhtərəm Cənab Prezidentimiz baramaçılıq sahəsində də böyük inkişafın müşahidə edildiyini və bu sahənin  ixrac yönümlü məhsullardan olmasını, ölkənin valyuta ehtiyatlarının artırılmasında və yeni iş yerlərinin yaradılmasında mühüm amil olduğunu qeyd edərək bu sahənin inkişaf etdirilməsini vəzifə kimi qarşıya qoymuşdur.Əhalinin məşğulluğunun təmin edilməsi məqsədi ilə rayonda barama istehsalı ilə əlaqədar 160 kümçüyə 300 qutu barama qurdu verilmişdir. Kümçülərdən Şəki İpək Açıq Səhmdar Cəmiyyətinə 11512 kq barama satılmışdır ki, bu da ötən ildəkindən 7934 kq çoxdur. Ənənəvi sahələrdən olan baramaçılığı gələcəkdə daha da inkişaf etdirmək, onun yem bazasını möhkəmləndirmək məqsədi ilə 46 min ədəd tut  tingi əkilmişdir. Lakin bir çox yerlərdə böyük xərc müqabilində alınıb gətirilmiş tut tinglərinin becərilməsinə laqeyd münasibət göstərilir. Tinglərin becərilməsi tam araşdırılmalı və onların bitməsində olan seyrəkliklər aradan qaldırılmalıdır. Kənd təsərrüfatının inkişaf etdirilməsində və yüksək məhsuldarlığa nail olunmasında meliorasiya və suvarma sistemləri mühüm rol oynayır.  Torpaqların su təminatının yaxşılaşdırılması məqsədilə bu ilin 9 ayında  924 km kanal və 124 km dren şəbəkəsi lildən təmizlənmiş, 85 hidrotexniki qurğu, 34 nasos kompleksi cari təmir olunmuş, 10,0 km kanal əsaslı təmir edilmiş, 400 metr yeni latok kanal çəkilmişdir. Pambıq sahələrini normal su ilə təmin etmək üçün 163 km kanal lildən təmizlənmiş və yenidən qazılmışdır. Növbəti ildə pambıq və çuğundur əkiləcək yeni sahələrin suvarma suyu ilə təmin edilməsi tədbirləri indidən görülməlidir. Cənab Prezident müşavirədə infrastruktur lahiyələri arasında meliorasiya məsələlərinin ön planda olduğunu, bu lahiyələrin səmərə verdiyını və 150 min hektar yeni sahəyə suyun verilməsinin hədəf olduğunu bildirdi. Lahiyə çərçivəsində rayonun Şilyan massivində 6150 hektar, “Muradxan-Pirili” massivində 4464 hektar münbit torpaq sahəsinin təyinatı əkinçilik məqsədilə dəyişdirilmiş, hazırda bu ərazilərdə aqroparklar yaradılması sahəsində işlər görülür. “Şilyan” massivində təyinatı dəyişdirilmiş 6150 hektar sahənin su təchizatının yaxşılaşdırılması məqsədi ilə Ərəbxana-Şilyan kanalının su keçirmə qabiliyyətinin artırılması tədbirləri aparılır, Kür çayı sahilində nasos stansiyanın binası inşa edilmiş, transformator yarımstansiyasının binası tikilərək 1600 kv-luq transformator quraşdırılmışdır. Gözətçi binası inşa edilmiş, dəmir-beton su ötürücü qurğu tikilmişdir. 972 p/m diametri 1200 mm olan magistral basqı boruları quraşdırılmış, 12,6 km məsafədə Şilyan kanalı lildən təmizlənmiş, bermalarına 56000 m3 torpaq qatı verilərək kipləşdirilmişdir. Kanal üzərində 12 ədəd su ötürücü qurğu (şlüzlər) quraşdırılmışdır. Kanalın yenidən qurulmasının başa çatdırılması üçün son tamamlama işləri görülür.Rayonun Muradxan-Pirili massivində təyinatı əkinçilik məqsədi ilə dəyişdirilmiş 4500 hektar sahənin su təchizatının yaxşılaşdırılması məqsədi ilə Muradxan kanalının su keçirmə qabiliyyətinin artırılması tədbirləri ilə əlaqədar Kür çayı sahilində nasos stansiyanın binasının döşəmə və yan divarları dəmir-betondan inşa edilmiş, üzəri izolyasiya olunmuşdur. Mövcud Muradxan beton kanalının 8 km məsafədə sağ və sol bermaları əlavə torpaq qatı verilməklə 0,9 metr qaldırılmış və kipləşdirilmişdir. Beton kanalın davamı olaraq 4,3 km məsafədə kanalın torpaq yatağı tikilmiş, qazılaraq beton örtüyünün verilməsi başlanmışdır. Tikinti işləri layihədə nəzərdə tutulmuş qaydada və müddətdə aparılır.Ölkə rəhbəri müşavirədə heyvandarlığın sürətli inkişafının  prioritetlərdən biri olduğunu, bu il bu istiqamətdə çox işlər görüldüyünü, yerli cinslərin sağlamlaşdırılması, yaxşılaşdırılması, cins mal-qaranın alınması məsələlərinə toxundu.  Bu məqsədlə rayonda məhsuldar cins heyvanların artırılması tədbirləri görülür. Lizinq yolu ilə alınmış 217 baş cins düyə artırılaraq 600 başa çatdırılmışdır. Bu ilin 9 ayında rayonda  1224 mal süni mayalandırılmış, 467 baş cinsi  yaxşılaşdırılmış bala alınmışdır. Cins heyvanların yüksək texnologiya ilə saxlanması təmin edilmişdir. Hazırda iri buynuzlu mal qaranın sayı 65 min başı, qoyun keçilərin sayı 133 min başı ötmüş,  heyvandarlıq məhsulları istehsalının dinamik artımına nail olunmuş, bu ilin doqquz ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə süd istehsalı 0,2 %,  yumurta istehsalı 0,2 faiz, yun istehsalı 1,5% artmışdır. Cənab Prezident çıxışında  ölkəmizdə 38 aqroparkın yaradılması prosesinin getdiyini, onlardan ikisinin artıq fəaliyyət göstərdiyini, qalan aqroparklarda işlərin getdiyini qeyd etdi. Qeyd edim ki, rayonumuzda təyinatı dəyişdirilmiş 10650 ha torpaq sahəsində artıq 3 aqropark yaradılmış, onlar tərəfindən bu sahələrin meliorasiya olunması, müasir suvarma sistemləri qurulması, torpağın yaxşılaşdırılması sahəsində işlər aparılır. Bu torpaqların 2000 hektarından çox sahədə pambıq, qarğıdalı, soya, qarabaşaq və digər yazlıqların əkini üçün istifadə olunmuşdur.“QLOBAL AQRO” MMC tərəfindən dənli bitkilərin saxlanılması üçün 27 min tonluq anbar, Smart Dəyirman, yağ və yem emalı zavodları,  toxum emalı sexinin tikintisi nəzərdə tutulmuşdur. Hazırda 9 min tonluq dənli bitkilərin saxlanılması üçün anbar istifadəyə verilmiş,  ərazidə kommunikasiya və digər quraşdırma işləri davam etdirilir. Bu müəssisənin işə düşməsi yüzlərlə iş yerinin yaranması deməkdir. Ölkə Prezidenti çıxışında Azərbaycanda istixanaların salınmasının çox geniş vüsət aldığını, müasir istixana kompleksləri yaradıldığını və bu istixanaların ixraca hesablandığını bildirdi.  Qeyd edim ki, rayonumuzda 8  hektaradək sahədə 37 fiziki və hüququ şəxs tərəfindən 98 istixana təsərrüfatı yaradılmışdır. Bu təsərrüfatlarda 500 tondan çox xiyar və pomidor istehsal edilmiş, bunun 200 tondan çoxu ixraca yönəldilmişdir. İnvestisiya qoyuluşu məqsədi ilə rayonumuza cəlb edilmiş sahibkarlar tərəfindən bu il Atakişili kəndinin ərazisində 2 hektar sahədə, Beyi kəndi ərazisində 0,40 hektar sahədə müasir istixana tikintisi aparılır və bu işlər yekunlaşmaq üzrədir. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Azərbaycan Respublikasının 2017-ci ilin Dövlət büdcəsindən Kürdəmir rayon İcra Hakimiyyətinə şəhərin 10 çöxmənzilli ictimai yaşayış binalarının təmiri işlərinə ayrılmış vəsait hesabına çöxmənzilli ictimai yaşayış binalarında 8480 m2 dam örtüyü dəyişdirilmiş, 3240 m2 sahədə xarici divarlarda, 2400 m2 daxili pilləkən qəfəsəsi divarlarında suvaq işləri aparılmış, 81 m2 dəmir qapı quraşdırılmış, pilləkən meydançalarına 315 m2 sahədə keramika plitələri, 144 m2 sahədə isə ağlay üzlük materialı döşənmişdir.Rayonun Axtaçı-Qarabucaq kəndində 132 şagird yerlik tam orta məktəbində tikinti-quraşdırma işləri başa çatdırılmış, məktəb lazımi inventar və avadanlıqlarla təmin edilmişdir. Ölkə Prezidentinin Sərəncamına əsasən rayonun Çöl Ərəb kəndində 96, Çərtəyəz kəndində 56, Qurdlar kəndində 40 şagird yerlik ümumi orta, Yeni Şıxımlı və Pirəköcə kəndlərində isə 40 şagird yerlik ibtidai modul tipli məktəbin quraşdırılması nəzərdə tutulmuş, hazırda rayonun Yeni Şıxımlı kəndində 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması işi başa çatdırılmış, lazımi avadanlıqlarla təmin edilmişdir.Rayonun Çöl Ərəb kəndində 96 şagird yerlik modul tipli ümumi orta, Pirəköcə və Qurdbayram kəndlərinin hər birində 40 şagird yerlik modul tipli ibtidai məktəblərin quraşdırılmasına başlanılmış, məktəblərin bünövrə hissəsi inşa edilmiş, metal konstruksiyaları quraşdırılmış, dam örtüyünün inşaasına başlanılmışdır. 2017-ci ilin 9 ayında telefona olan tələbatla əlaqədar əhaliyə 268 ədəd telefon çəkilmiş, 46 ədəd telefon bərpa olunaraq abonentlərin istifadəsinə verilmişdir.Hesabat dövrü ərzində şəhərin Cənub məhəlləsindəki yeni yaşayış massivində yeni telefon çəkilişi aparmaq məqsədi ilə 100 nömrəlik xətt  şəbəkəsinin tikintisi aparılaraq telefon çəkilişinə başlanılmışdır.Dövlət Proqramının icrası ilə əlaqədar 2017-ci ilin 9 ayı ərzində şəhərin H.Əliyev, Bakı və Babək prospektlərində, M.Ə.Rəsulzadə, Anar Yunusov, Nizami, Xaqani, Şəhid Əbu Bəkr İsmayılov və Tural Qurbanov küçələrində 20670 m2 asfalt örtüyü vurulmuşdur.   Rayonda təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişaf etdirilməsi, mövcud problemlərin aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində olmuşdur.Rayonun təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəm-ləndirilməsi, onların müasir avadanlıqlarla, ixtisaslı kadrlarla təmin olunması və şagirdlərə dərsliklərin vaxtında çatdırılması sahəsində konkret vəzifələr müəyyənləşdirilərək onların həyata keçirilməsi təmin edilmişdir.Rayon Təhsil şöbəsinin fəaliyyətinin qiymətləndirilməsinin mühüm göstəricilərindən biri də məktəb məzunlarının ali təhsil müəssisələrinə qəbul imtahanlarında əldə etdikləri nəticələr ilə ölçülür.2017-ci ildə rayonun ümumtəhsil məktəblərini 931 nəfər bitirmiş, onlardan 472 nəfəri ali məktəblərə qəbul olunmaq üçün elektron ərizə ilə müraciət etmişlər.Onlardan 191 nəfəri ali məktəblərə qəbul olunmuşlar. Ali məktəblərə qəbul olunanlardan 33 nəfəri 500 baldan çox, 8 nəfəri isə 600 baldan çox nəticə göstərmişlər.2017-2018-ci ilin tədris ilində rayonun 37 ümumtəhsil məktəbində 55 hazırlıq qrupu açılmış və həmin qruplarda 1020 nəfər uşağın təhsillə əhatə olunması təmin edilmişdir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığına əsasən rayonda əhalinin tibbi müayinədən keçirilməsi təmin edilmiş,  100671 nəfər tibbi müayinədən keçirilmişdir. Əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzində olmuşdur. Rayonun elektirik enerjisi təchizatının yaxşılaşdırılması sahəsində 2017-ci ilinin doqquz ayında rayon ərazisində 3700 ədəd dayaq əkilmiş, 71200 metr SİP kabel quraşdırılmış, 10200 metr yararsız kabel yenisi ilə əvəzlənmiş, 10 yeni transformator qoyulmuş, 4575 ədəd mexaniki sayğac elektron sayğacla əvəz edilmişdir. Hal-hazırda şəhər ərazisində, Atakişili, Xırdapay, Qarasaqqal və Sığırlı kəndlərində yenidənqurma işləri davam etdirilir. 9 ay ərzində rayon üzrə paylanmış bildiriş üzrə 1992472 manata qarşı 1879974 manat vəsait toplanmışdır ki, bunun nəticəsində 112498 manat debitor borcu yaranmışdır. İstifadə edilmiş elektrik enerjisinin dəyərinin 9 ayda əhali sektoru üzrə  94 % yığımı təmin edilmişdir. Rayon Elektrik şəbəkəsinin rəhbərliyi rayon əhalisinin elektrik enerjisi ilə fasiləsiz və itkisiz təmin edilməsi məqsədi ilə sıradan çıxmış elektrik dirək və naqillərin tez bir zamanda yeniləri ilə əvəz olunmasına nail olmalı, SİP kabelləşmə və kart-sayğac sisteminə keçirilməsi işlərini sürətləndirməli, istifadə edilmiş enerji daşıyıcılarının dəyərinin tam ödənilməsini təmin etməlidir. Dövlət Proqramına uyğun olaraq “Azəriqaz” İstehsalat Birliyinin Kürdəmir Xidmət Sahəsi tərəfindən 2017-ci ilin 9 ayında qaz təchizatı sahəsində bir sıra işlər yerinə yetirilmiş, əhalinin və rayon iqtisadiyyatının təbii qaz yanacağı ilə təminatının yaxşılaşdırılması istiqamətində nəzərdə tutulan əsas tədbirlər həyata keçirilmişdir. 2017-ci ilin 9 ayında istifadə edilmiş təbii qazın dəyəri rayon üzrə 1844817 manata qarşı 1794618 manat və ya 97,2 % ödənilmişdir. 2017-ci ilin 9 ayında xidmət sahəsi qaz təchizatı mənbələrindən 24,2 milyon m3 təbii qaz almış, xidmət sahəsinin müxtəlif yerlərində olan qaz sızmaları 3110 dəfə vaxtında aradan qaldırılaraq qaz itkilərinin qarşısı alınmışdır. Qaz itkisi yanvar ayında 158,700 manat təşkil etdiyi halda bu rəqəm sentyabr ayında 36731 manatadək aşağı düşmüşdür. Müxtəlif diametrli 850 p/m qaz xətti təmir olunmuş, 8 ədəd qaz təmizləyici şkaf  quraşdırılmış, xidmət sahəsində olan 112 ədəd qaz tənzimləyicilərinə və 820 ədəd siyirtmələrə hər ay texniki xidmət göstərilmişdir. Rayonun Xırdapay, Atakişili kəndində və şəhərin H.Hüseynov və Azərbaycan küçələrində ümumilikdə 875 p/m qaz xətti çəkilmişdir.Rayonda 2017 ci ilin hesabat dövrü ərzində yeni qeydiyyata alınan 308 abonentə sayğaclar quraşdırılmışdır. Rayonun 56 yaşayış məntəqəsi tam qazlaşdırılmış, Muradxan və Mollakəkd kəndlərində işlərin 80 faizə qədəri görülmüş qalan hıssəsi yaxın vaxtlarda başa çatdırılacaqdır. “Azəriqaz” İstehsalat Birliyinin Kürdəmir Xidmət Sahəsi  rəhbərliyi rayonun qaz təchizatı şəbəkəsinin günün tələbləri səviyyəsində qurulmasını, istehlakçıların dayanıqlı, təhlükəsiz təbii qazla təmin edilməsi üçün silsilə tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər. Dövlət proqlamına uyğun olaraq  2017-ci ilin 9 ayında Kürdəmir şəhər əhalisinə içməli su və çirkab suların axıdılması üzrə xidmətlərin yaxşılaşdırılması sahəsində müəyyən işlər görülmüşdür. 2017-ci ilin 9 ayında  Kürdəmir şəhər əhalisinə içməli su və çirkab suların axıdılması üzrə xidmətlərin yaxşılaşdırılması sahəsində müəyyən işlər görülmüşdür. 2017-ci ilin 9 ayında sıradan çıxmış 110 ədəd smart elektron tipli su sayğacları yenidən təmir edilrək əhali abonentlərinin istifadəsinə  verilmişdir. 2017-ci ilin birinci rübündə şəhərə gələn mərkəzi su xəttində diametri 500 mm-lik siyirtmə yenisi ilə əvəz olunmuş, diametri 315 mm-lik su xəttinin 7 və 24-cü kilometrlərində təmir işləri görülmüşdür. Ümumilikdə rayon ərazisində 43 ədəd su partlağı təmir edilərək su axıntısının qarşısı alınmışdır. 2017-ci ilin doqquz ayında şəhərin mərkəzi kanalizasiya xətti üzərindəki baxış quyuları lildən təmizlənmiş, sınmış qapaqlar dəyişdirilmiş, xəttin tutulmasının qarşısını almaq məqsədi ilə metal barmaqlıqlar qoyulmuşdur. Şəhərin Cənub hissəsində çirkab sularının axıdılması məqsədilə 315 diametrlik polietilen boru vasitəsi ilə 60 p/m yeni xətt çəkilmiş və 1 baxış quyusu qoyulmuşdur. 2017-ci ilin 9 ayında 24353 nəfər əhaliyə su və kanalizasiya xidməti göstərilmiş, 298124 manat su pulu yığılmış, ümumi satılmış suyun həcmi 705952 m3 olmuş, 190 qeyri-əhali abonentinə xidmət göstərilmişdir.Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2017-ci il tarixli 2693 nömrəli Sərəncamına əsasən rayonun Qoçulu, Bağman, Garıs Əyribənd və Axtaçı-Qarabucaq kəndlərində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə modul tipli su təmizləyici qurğuların quraşdırılması və Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli 2754 nömrəli Sərəncamına əsasən isə rayonun Qarabucaq qəsəbəsində, Xırdapay, Qurdbayram, Ucarlı, Yeni Şıxımlı, Mürtülü, Qaraqocalı, Qağacılı, Şıxımlı, Topalhəsənli, Bala Kəngərli və Şahsevən kəndlərində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə içməli su təchizatı sistemlərinin qurulması planlaşdırılmışdır.Bildirim ki, hazırda rayonun Qoçulu, Bağman, Garıs Əyribənd və Axtaçı-Qarabucaq kəndlərində modul tipli su təmizləyici qurğuların quraşdırılması ilə əlaqədar layihə-smeta sənədləri hazırlanmış, aidiyyatı bələdiyyə orqanlarının qərarı ilə ərazidə modul tipli su təmizləyici qurğuların quraşdırılmasına torpaq sahələri ayrılmışdır.“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə içməli su təchizatı sistemlərinin qurulması işlərinə başlanılmış, rayonun Topalhəsənli, Qaraqocalı, Şahsevən, Qağacılı, Şıxımlı, Dəyirmanlı və Mürtülü kəndlərində 12554 nəfər əhalini 24 saat su ilə təmin edəcək 19460 metr məsafədə yeni su xətləri çəkilmiş, əhalinin sıx yaşadığı yerlərdə 70 ədəd bulaq tikilmişdir. Su-Kanal idarəsinin rəhbərliyi payız-qış mövsümü ilə əlaqədar şəhər ərazisində olan kanalizasiya xətlərinə bir daha baxış keçirməli, yağıntılar zamanı xətlərin tutulmasının baş verməməsi üçün təxirəsalınmaz tədbirlər görməli, maşın və mexanizmlər saz vəziyyətə gətirilməlidir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin təbliği rayon İcra Hakimiyyəti Başçısı Aparatının apardığı ideoloji işin başlıca istiqamətini təşkil edir.  Fəalların və təbliğat qruplarının yaxından iştirakı ilə möhtərəm Prezidentimizin həyata keçirdiyi siyasətin təbliği ilə bağlı məqsədyönlü ictimai-siyasi tədbirlər həyata keçirilmişdir. Dövlətçilik və müstəqillik mövqeyində dayanan rayonun hüquq-mühafizə orqanları vətəndaşlarımızın hüquq və azadlıqlarının təmin edilməsində, cinayətkarlığa qarşı mübarizə və ictimai-siyasi asayişin qorunması sahəsində ardıcıl olaraq iş aparmışlar. Ölkə rəhbəri tərəfindən qarşımıza mühüm vəzifələr qoyulmuşdur. Qarşımızda duran bu mühüm vəzifələrin layiqincə yerinə yetirilməsində hər birimiz fəaliyyətimizi təhlil etməli, daha məsuliyyətlə işləməli, bütün səy və bacarığımızı Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin qarşıya qoyduğu möhtəşəm vəzifələrin yerinə yetirilməsinə istiqamətləndirməliyik.
Məruzə ətrafında rayon Kənd Təsərrüfatı idarəsinin rəisi Mətləb Kərimov, Maliyyə idarəsinin  müdiri  Ayaz Cəbrayılov , RİH Başçısının Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlqar Salmanov, Rayon Su-Kanal idarəsinin rəisi Arzu Şahbazov çıxış edərək rayonda görülmüş işləri yüksək dəyərləndiriblər.
Yığıncaqda müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul edildi.
Sonda Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov hesabatı yekunlaşdıraraq qarşıda duran mühüm vəzifələri diqqətə çatdırdı, 2017-ci ili uğurla başa vurmaq üçün konkret tapşırıqlarını verdi.

Keçidlər