Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirli fermer pambıq tarlasında bol məhsul yetişdirib

16 oktyabr 2017 | 16:00

Kürdəmir rayonunun Qarasu kənd sakini Allahverən Allahverənovun ailə təsərrüfatı bu mövsümdə 25 hektar sahədə pambıq əkib.
Pambıqçılıq vaxtilə kənddə əsas təsərrüfat sahəsi olub. Uzun fasilədən sonra aqrar sektorda aparılan islahatlar, Prezident İlham Əliyevin ixracyönümlü məhsulların, o cümlədən pambıqçılığın inkişaf etdirilməsi ilə əlaqədar verdiyi tapşırıq və tövsiyələr rayonda, o cümlədən Qarasu kəndində də əhali tərəfindən böyük razılıqla qarşılanıb.
Kənd sakini, pambıqçılıq sahəsində zəngin təcrübəsi olan Allahverən Allahverənovun ailəsi bu il əkin sahələrində bol “ağ qızıl” yetişdirib. Artıq məhsul yığımı sürətlə davam etdirilir. Sahələrdən 25 sentnerdən çox məhsul götürəcəyini söyləyən A. Allahverənov deyib: “Ailə üzvlərimizin çoxu, demək olar ki, işsiz idi. Bu sahənin inkişafı üçün həyata keçirilən tədbirlərə görə cənab Prezidentimizə minnətdarıq. İndi hamımız işləyirik. Bu il satacağımız məhsuldan yaxşı gəlir götürəcəyik. Dövlət dəstəyi ildən-ilə təsərrüfatımızı daha da genişləndirməyə imkan verir”. 

Keçidlər