Kürdəmirdə pambıq yığımına 2500 nəfərdən çox işçi qüvvəsi cəlb olunub
10 oktyabr 2017 | 16:00
Kürdəmir rayonunda pambıq yığımı kampaniyası davam edir və indiyədək tarlalardan 2004 ton məhsul yığılıb.
AZƏRTAC rayon icra hakimiyyətinə istinadla xəbər verir ki, toplanan “ağ qızıl”ın 1879 tonu qəbul məntəqələrinə təhvil verilib.
Qeyd edək ki, cari mövsümdə rayonda 4027 hektarda pambıq yetişdirilib. Sahələrin 1500 hektarı maşınlarla yığılır. Hazırda hər gün tarlalara 6 pambıqyığan maşın çıxarılır. Qalan sahələrin məhsulu isə əl ilə toplanır. Əl ilə yığıma 2500 nəfərdən çox işçi qüvvəsi cəlb olunub.
Rayon pambıqçıları hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, məhsulun tez və itkisiz yığılması üçün bütün qüvvələri səfərbərliyə alıblar.