Kürdəmirdə yunan-Roma güləşi üzrə rayon birinciliyi keçirilib
Oktyabrın 7-də rayonun Olimpiya İdman Kompleksində Kürdəmir rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə 18 oktyabr-Dövlət Müstəqilliyi Gününə həsr olunan yeniyetmələr arasında yunan-Roma güləşi üzrə rayon birinciliyi keçirilib.
Yarışın açılış mərasimində rayon Gənclər və İdman idarəsinin rəisi Süleyman Əhmədov , məşqçilər Hicran Əliyev və Taleh Kərimov cıxış ediblər. Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə idmanın inkişafina dair gördiyi işlərdən və idmanın müxtəliv növlərinin inkişafı ilə əlaqədar hazirlanan dovlət proqramlarından söhbət açıblar. Onlar bildiriblər ki, ölkəmizdə idmanın yunan-roma güləşinin inkişafinda Kürdəmir idmançilarıda fəal iştirak edir, beləki yeniyetmələrin Dünya çempionatında Kürdəmir idmançısı Qurban Qurbanov I yerə layiq gorulub. İlk yarışlarını rayon yarışlarında başlayan bir necə idmançımız Respublika və Dünya yarışlarında iştirak edirlər.
Rayon birinciliyində 72 yeniyetmə idmançı 10 çəki dərəcəsində qalib adı uğrunda mübarizə aparıb.
Qaliblər Kürdəmir rayon Gənclər və İdman idarəsi tərəfindən diplomlar və medallarla mükafatlandırılıb.