Kürdəmirdə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü qeyd olunub
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da təntənəli şəkildə qeyd edilib. Bu münasibətlə şəhərin “Kürdəmir” sarayında bayram şənliyi keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə tər gül-çiçək dəstələri düzüb, ona hörmət və ehtiramlarını ifadə ediblər.
Tədbiri giriş sözü ilə rayon Təhsil Şöbəsinin müdir əvəzi İsmayıl Mehdiyev açdı.
Tədbirdə Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov çıxış edərək əlamətdar gün münasibəti ilə rayon müəllimlərini təbrik etdi, onlara daha böyük uğurlar arzuladı. O çıxışında bildirdi ki,Ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə son illərdə rayonumuzda müasir standartlara cavab verən 37 yeni məktəb binaları və əlavə sinif otaqları tikilib istifadəyə verilib ki, bu da həmin məktəblərdə 10 minə yaxın şagirdin bir növbədə təhsil almasına şərait yaradıb. 2017-2018-cı dərs ilində rayonun Axtaçı-Qarabucaq kəndində 132 yerlik müasir standartlara cavab verən yeni tam orta məktəb binasının tikintisində son tamamlanma işləri aparılır. Eyni zamanda Yeni Şıxımlı kənd ibtidai məktəbi üçün modul tipli yeni məktəb binasının tikintisi başa çatmış, Pirəköcə kənd ibtidai məktəbi, Çöl-ərəb, Qurdlar kənd ümumi məktəbləri yanında modul tipli yeni məktəb binasının tkintisinə başlanmışdır. Bağman kənd tam orta məktəbi və Çərtəyəz kənd ümumi məktəbləri yanında modul tipli yeni məktəb binalarının tikintisi nəzərdə tutulub. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 03 oktyabr 2017-cı il tarixli Sərəncamı ilə şəhər 3 saylı tam orta məktəbin azərbaycan dili və ədəbiyyatı müəllimi Xudiyeva Günəş Şərəfəddin qızı “Tərəqqi” medalı ilə təltif edilməsini cənab prezidentin bütün sahələrə olduğu kimi təhsil sferasına da göstərilən diqqət və qayğısının bir nümunəsidir.
Tədbirdə çıxış edənlər dövlət başçısı tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğıdan, əldə olunan nailiyyətlərdən, qarşıda duran vəzifələrdən danışıblar.
Sonda təhsil sahəsində uzun müddət çalışan, səmərəli pedaqoji fəaliyyətinə görə fərqlənən müəllimlərə rayon İcra Hakimiyyəti Başçısının fəxri fərmanları təqdim edildi.