Kürdəmir məktəbliləri arasında tir atıcılığı üzrə rayon turniri keçirilib
Oktyabrın 3-də Gənclər evində Kürdəmir rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayonun 25 ümumtəhsil məktəbinin IX-XI sinif şagirdləri arasında tir atıcılığı üzrə “Sərrast atıcı” yarışı keçirilib.
Yarışdan öncə torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Azərdaycan igidlərinin xarirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə çıxış edən Kürdəmir rayon Gənclər və İdman idarəsinin rəisı Süleyman Əhmədov bildirib ki, belə yarışların keçirilməsində əsas məqsədi gənclərlə vətənpərvərlik və vətəndaşlıq sahəsində aparılan işlərin səmərəsinin artırılması və məktəblərdə gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisi səviyyəsinin yüksəldilməsidir.
Yarışda məktəblilər şəxsi və komanda birinciliyi uğrunda yarışıblar.
Komanda birinciliyində şəhər 4 saylı tam orta məktəbi I yerə, Atakişili kənd tam orta məktəbi II yerə , Çöhranlı kənd tam orta məktəbinin komandası III yerə layiq görülüblər. Şəxsi birincilik üzrə sərast atıcıliqları ilə fərqlənən şəhər 3 saylı tam orta məktəbin şagirdi Qubadov Serat I yeri, şəhər 4 saylı tam orta məktəbin şagırdi İmamverdiyev Murad II yeri qazanıblar.
Qaliblərə diplom, medal və xatirə hədiyyələri təqdim edilib.