Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə tikinti, abadlıq və quruculuq işləri sürətlə davam etdirilir

29 yanvar 2013 | 16:00

Kürdəmirdə artıq keçən ildən başlayaraq rayonun bütün ərazisində tikinti,abadlıq və quruculuq işləri geniş vüsət almış, ötən müddət ərzində bütün qüvvə və imkanlar tam səfərbərliyə alınaraq bu sahədə ciddi dönüş yaradılmış, rayonda bir neçə obyekt istifadəyə verilmiş və ya əsaslı təmir edilmişdir.
Qış fəsli olmasına baxmayaraq Kürdəmirdə, xüsusilə rayon mərkəzində tikinti, abadlıq və quruculuq işləri sürətlə davam etdirilir.
Kürdəmir şəhərinin küçə və prospektləri əsl tikinti meydançasını xatırladır, istinad divarları milli memarlıq üslubunda tikilir, müasir işıq dirəkləri quraşdırılır, divarlar ağlay materialı və keramik tavalarla üzlənir, piyada yolları mozaik beton elementlərlə bəzədilir və nəqliyyat infrastrukturunun şəhərdaxili hərəkətinin nizamlanması məqsədi ilə yeni asfalt örtüyü salınır. Qısa müddət ərzində yaşayış və inzibati binaların fasad hissələri xüsusi materialdan üzlənərək dam örtükləri dəyişdirilmiş, küçələrə yeni bardürlər çəkilərək təzə səkilər salınmış və asvalt-beton örtük vurulmuşdur.
Hal-hazırda rayonunun “Heydər Park” ında tikinti,yenidənqurma və quruculuq işləri davam etdirilir, Heydər Əliyev Mərkəzi yeni layihəyə əsasən rekonstruksiya edilir,“Gənclər Evi”nin böyüdülməsi məqsədi ilə atıcılıq tiri inşa olunur.
Tikinti,abadlıq və yenidənqurma işləri aparılarkən qədim memarlıq elementlərinin tətbiq edilməsi rayonumuza xüsusi gözəllik verir.
Rayonda içməli su və kanalizasiya layihələrinin icrasına çox ciddi şəkildə başlanılmışdır. Maksimum səviyyədə hədəf seçilmişdir ki, bu sahədə infrastruktur tamamilə yenilənsin. Hazırda rayonun içməli su və kanalizasiya layihələri icra edilir.
Rayonda ümumtəhsil məktəblərinin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi xüsusi diqqət mərkəzindədir. Xəbər verdiyimiz kimi, rayonun Xırdapay,Qarasaqqal,Qarabucaq və Sor-sor kəndlərində yeni məktəb binaları tikilərək müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Hazırda isə rayonun Sigirli kəndində 640 şagird yerlik, Şilyan kəndində Z.Əhmədov 360 şagird yerlik, Cəyli kəndində 280 şagird yerlik, Köhünlü kəndində 220 şagird yerlik,Qaramahmudlu və Xəlsə kəndində 80 şagird yerlik məktəb binalarının tikintisi davam etdirilir.
 

Keçidlər