Şriftin ölçüsü :

Saytın rəngi :

Bu il Kürdəmirdə tərəvəz sahələrindən 18 min 245 ton məhsul yığılıb

25 sentyabr 2017 | 16:00

Cari mövsümdə Kürdəmir fermerləri 1942 hektar sahədə tərəvəz yetişdiriblər və hazırda məhsul yığımı sürətlə davam edir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, bu il havaların təsərrüfat işləri üçün əlverişli keçməsi sahələrdə bol məhsul yetişdirməyə imkan verib. İndiyədək əkin sahələrindən 18 min 245 ton məhsul götürülüb.

Qeyd edək ki, torpaq mülkiyyətçiləri ən yüksək nəticəni pomidor və xiyar sahələrindən əldə ediblər. Onlar əkdikləri 1432 hektar sahədən 14 min 492 ton məhsul əldə ediblər. Hər hektardan məhsuldarlıq 101 sentnerə çatıb.

Hazırda tərəvəz sahələrindən məhsul yığımı uğurla davam edir.

Keçidlər