Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunda Məhərrəm ayının başlanması ilə əlaqədar tədbir keçirilib

21 sentyabr 2017 | 16:00

Sentyabrın 21-də Kürdəmir Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Kürdəmir rayonu üzrə səlahiyyətli nümayəndəliyinin təşkilatçılığı ilə Kürdəmir şəhər “İmam Rza” məscidində Məhərrəm ayının başlanması ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşı Rauf Nəsirov, QMİ-nin Kürdəmir rayonu üzrə səlahiyyətli nümayəndəsi Fizuli Cəfərov, rayon Polis şöbəsinin əməkdaşı Asif Əhmədov, DTX-nin Kürdəmir rayon şöbəsinin əməkdaşı Seymur Müslümov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin bu gün ölkəmizin inkişafına böyük töhfə verdiyini söyləyib. Elxan Qafarov qeyd edib ki, dövlət başçısı İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili”, onun məntiqi davamı kimi bu ili “İslam həmrəyliyi ili” elan etməsi bütün dünyaya “Bir-birimizə qarşı dözümlü olaq, hörmətlə yanaşaq, həmrəy olmağı, dinlər və məzhəblər arasında dialoq qurmağı bacaraq” çağırışıdır.
Daha sonra DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyevin, QMİ- nin Kürdəmir rayonu üzrə səlahiyyətli nümayəndəsi Fizuli Cəfərovun, rayon Polis İdarəsinin əməkdaşı Asif Əhmədovun və DTX-nin Kürdəmir rayon idarəsinin əməkdaşı Seymur Müslümovun çıxışları dinlənilib.
Çıxış edən natiqlər qeyd ediblər ki, öz demokratizmi, humanizmi və bəşəri idealları ilə dünya sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən İslam dini xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynamış, mütərəqqi islami dəyərlər və ənənələr Azərbaycanda həmişə uca tutulmuşdur. Ölkəmizdə bütün dinlərin nümayəndələrinə öz dini etiqad və azadlıqlarını ifadə etmək, dini ayin və mərasimləri sərbəst yerinə yetirmək üçün şərait yaradılmışdır.
Tədbirdə eyni zamanda məhərrəm ayı ilə bağlı tədbirlərin mövcud qanunvericiliyə uyğun şəkildə keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb.
Tədbirdə həmçinin Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının fətvası oxunub.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


 

Keçidlər