Şriftin ölçüsü :

Saytın rəngi :

Muradxan-Pirili kanalının inşası davam etdirilir

20 sentyabr 2017 | 16:00

Kürdəmir  rayonunun   Muradxan-Pirili  massivində  bu  ildən  əkin  dövriyyəsinə   qatılan    4500   hektar    torpaq   sahəsini   suvarma  suyu  ilə  təmin  etmək  üçün  tədbirlər  görülür.
Bu  məqsədlə  hazırlanan  layihə-smeta  sənədlərinə əsasən, ərazini su ilə təmin edəcək Muradxan kanalının  su ötürmə  qabiliyyəti 2 kub saniyədən 3,5 kub saniyəyə qədər artırılacaq.  Hazırda işlər podratçı şirkət  olan  “Xəzər inşaat E” MMC tərəfindən görülür.  İndiyədək mövcud  Muradxan  beton  kanalının sağ və sol sahilləri  torpaq  əlavə edilməklə 90 sm-ə qədər qaldırılıb, Kür çayı sahilində inşa edilən Çərtəyəz nasos stansiyasının beton bünövrəsi və divarları tökülüb, kərpic izolyasiya  qatının verilməsinə başlanılıb. Muradxan  beton kanalının davamı olaraq  4,5 km məsafədə kanalın torpaq yatağı tökülüb, dib beton hissəsinin verilməsinə başlanılıb.
İşlərin gələn ilin birinci yarısında başa çatdırılması nəzərdə tutulub.

Keçidlər