Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirin Nar bağlarında bol məhsul var

11 sentyabr 2017 | 16:00

Kürdəmirdə ixracyönümlü məhsul istehsalının artırılması diqqət mərkəzindədir. Belə sahələrdən biri də narçılıqdır. Kürdəmirli fermerlər bu il nar bağlarından bol məhsul gözləyirlər. Son illər Kürdəmirdə narçılığın inkişafına diqqət xeyli artıb. Həm dövlət dəstəyi, həm də məhsulun daxili və xarici bazarda yaxşı satılması fermerləri yeni nar bağlarının salınmasına ruhlandırır. Əgər 2003-cü ildə Kürdəmirdə 1350 hektar nar bağı vardısa, indi bu göstərici 5586 hektara çatıb. Kürdəmirin Sığırlı, Karrar, Mehdili, Ərəbqubalı, Axtaçı-Qarabucaq, Muğanlı və digər kəndlərində bu sahənin inkişafına xüsusi önəm verilir. Nar ağaclarına yüksək səviyyədə qulluq göstərən Kürdəmirli fermerlər bu il 20 min ton məhsul götürməyi nəzərdə tuturlar. Bu göstərici ötən ildəkindən təxminən 5 min ton çoxdur. 
Hazırda rayonun Karrar kəndi ərazisində “MARS FK LTD” MMM tərəfindən 412 hektar  sahədə salınmış nar bağında 500 tonluq soyuducu anbar, 10 min kubluq ehtiyat su anbarı, İsrailin NaanDan Jain şirkətinin vasitəsi ilə onlayn rejimdə kənardan idarə olunan damcılı suvarma sistemi, dərman hazırlama deposu mövcuddur. Həmçinin nar emalı kompleksinin tikintisi, nar meyvəsindən konsentrat, çəyirdəyindən kasmetologiya və yeyinti sənayesi üçün xammal, nar şərabı, qabığın tullantısından təbii yanacaq olan pelletin istehsalı və istehsal olunan məhsulların Avropa və Rusiya, Ukrayna, Belarus, Baltikyanı ölkələrinə ixrac olunması nəzərdə tutulur. 

Keçidlər