Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir müəllimlərinin sentyabr konfransı keçirildi

06 sentyabr 2017 | 16:00

Sentyabrın  6-da  rayon  İcra  Hakimiyyətinin  akt  zalında  Kürdəmir  rayon   təhsil   işçilərinin  2016/2017-ci   dərs  ilinin  yekunları  və  qarşıda  duran vəzifələrlə bağlı ənənəvi konfransı keçirilib.
Tədbir  iştirakçıları  əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri düzərək dahi rəhbərin xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və Azərbaycan Respublikası Təhsil Nazirliyinin  əməkdaşı İntiqam Cəbrayılov iştirak edirdilər. Tədbir dövlət himninin səsləndirilməsi ilə öz işinə başlayıb.
Konfransda Azərbaycanın müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin və keçən konfransdan ötən müddətdə dünyasını dəyişmiş müəllimlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.Son dövr Kürdəmir təhsilində qazanılan naliyyətləri özündə əks etdirən video-çarxa baxıldı.
Konfransda rayon təhsil şöbəsinin müdir əvəzi İsmayıl Mehdiyevin məruzəsi dinlənildi. Məruzədə qeyd olunub ki, 2017-ci ildə rayonun ümumtəhsil məktəblərini bitirmiş 931 nəfər məzundan 472 nəfəri  (40,5%-i)  ali məktəblərə qəbul olunmaq üçün elektron ərizə vermiş, onlardan birinci mərhələnin yekunlarına əsasən 191 nəfəri (əvvəlki illərlə bir yerdə 239 nəfər), və ya sənəd verənlərin 40,2%-i ali məktəblərə, 66 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Ali məktəblərə qəbul  qəbul olunanlardan 25 nəfəri 500 baldan,  o cümlədən 8 nəfəri 600 baldan çox  nəticə göstərmiş, bununla da həmin şagirdlər  dərin bilik və bacarığa, proqramın tələbləri baxımından yüksək hazırlığa malik olduqlarını nümayiş etdirmişlər. Şəhər 1, 2, 3, 4, 5, 6 saylı, Atakişili, Dəyirmanlı, Məhərrəmli, Axtaçı, Sığırlı, Yenikənd, Köhnəbazar, Çöhranlı kənd tam orta məktəblərin məzunları daha yüksək bal toplamağa nail olmuşlar ki, ali məktəblərə qəbul olunanların əksəriyyəti məhz həmin məktəblərin məzunlarıdır. Şəhər 1 saylı tam orta məktəbin məzunu Qasımova Aytac Məzahir qızı 659 ballıq nəticə göstərərək Azərbaycan Tibb Universitetinin “Müalicə işi” fakultəsinə qəbul olmuşdur. Atakişili kənd tam orta məktəbinin məzunu Məlikməmmədova Fidan Teymur qızı 621 bal toplayaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Sistem mühəndisliyi” fakültəsinə qəbul olunmuşdur.
Məruzə ətrafında müzakirələrədə Ölkə Prezidenti tərəfindən “Tərəqqi” medalına layiq görülən şəhər 1 saylı tam orta məktəbin direktoru  Vüqar Nəsirov, Atakişili kənd tam orta məktəbin məzunu, qəbul imtahanında 621 bal toplamış, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Fidan Məlikməmmədova, valideyn Asif Əsədov,  şəhər 6 saylı tam orta məktəbin tarix müəllimi Elnurə Eminbəyli çıxış ediblər.
Məruzə və çıxış edənlər ölkəmizdə təhsilin hərtərəfli inkişafı üçün böyük diqqət və qayğı göstərdiklərinə görə dövlət başçısı cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti, birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığını bildirmiş, göstərilən diqqət və qayğılara yüksək əməli işlərlə cavab verəcəklərini böyük inam hissləri ilə vurğulayıblar. Konfransda qeyd edilib ki, rayonumuzun pedaqoji kollektivləri də ölkə rəhbərliyinin qayğı və diqqətindən kənarda qalmamış, son illər rayonun 17 nəfər qabaqcıl müəllimi və təhsil işçisi müxtəlif fəxri adlara layiq görülmüşlər.Rayon üzrə təltif edilənlərin 6 nəfərinin “Əməkdar müəllim”, 7 nəfərinin “Tərəqqi” medalına, 2 nəfərinin “Qabaqcıl təhsil işçisi” döş nişanına, 5 nəfərinin “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi adına layiq görülməsi təhsilimizin tarixində çox mühüm hadisədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 04 oktyabr 2016-cı il  tarixli sərəncamı ilə şəhər 1 saylı tam orta məktəbin direktoru Nəsirov Vüqar Hüseynağa oğlu “Tərəqqi medalı”na layiq görülmüşdür.
Konfransda Azərbaycan Respublikası Təhsil Nazirliyinin  əməkdaşı   İntiqam Cəbrayılov çıxış etdi.
Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov konfransda çıxış edərək rayonda təhsilin inkişafı üçün öz məsləhət və tövsiyələrini vermiş, həmçinin əminliklə belə fikri ifadə etmişdir ki, rayonun təhsil işçiləri respublika Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi üçün var qüvvələrini bundan sonrada sərf edəcəklər.
Tədbirdə Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov tərəfindən ali məktəblərə yüksək balla daxil olmuş rayon məzunlarına və bir qrup qabaqcıl təhsil işçilərinə qiymətli hədiyyələr və fəxri fərmanlar təqdim olundu.
Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət oxundu.

Keçidlər