Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunun Topalhəsənli kəndində hesabat yığıncağı keçirildi.

26 yanvar 2013 | 16:00

2013-cü il 25 yanvar tarixində Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı İrşad Əliyevin iştirakı ilə Topalhəsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin illik hesabat yığıncağı keçirildi.

Hesabat yığıncağında rayonunun Topalhəsənli kənd inzibati ərazi dairəsinə daxil olan Topalhəsənli, Şahsevən və Qaraqocalı kənd sakinləri və rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatların rəhbərləri iştirak etdilər.
Hesabat məruzəsi ilə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Topalhəsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rasim Rəsulov Topalhəsənli ərazi vahidliyində 4978 nəfər əhali yaşadığını, ərazidə 1039 təsərrüfatın olduğunu bildiridi. Topalhəsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən ötən il ərzində əhali tərəfindən qaldırılan müraciətlər vaxtında öz həllini tapmış, ərazidə yaşayan Şəhid ailələrinə, Qarabağ əlillərinə və aztəminatlı ailələrə yardım verilmiş,onların problemlərinin həlli istiqamətində vaxtında işlər görülmüşdür.Ərazidə abadlıq və quruculuq işləri diqqət mərkəzində saxlanılmışdır. Beləki, inzibati binanın çöl fasadı ağardılmış, Kürdəmir-Ağsu magistral yolun kənarında yaşıllıq zolağının salınmış, 1000 ədəd söyüd çiliyinin əkilmiş, köhnəbazar kənd tam orta məktəbin həyatyanı sahəsində hərbi hazırlıq avadanlıqlarının quraşdırılması işləri görülmüşdür. Topalhəsənli kəndində gələn su arxlarının 500 metr, Şahsevən arxından Qaraqocalı kəndinə gedən su arxının 200 metr hissəsi lildən təmizlənmişdir. Qaraqocalı kəndinin “Seyidli” məhəlləsinin 800 metr, Topalhəsənli kəndinin “Həsənli” məhəlləsinin 500 metr çirkab sularını axıdan kanallar lildən təmizlənmiş, kənd təsərrüfatı əkinlərinin və həyətyanıların suvarma suyu ilə etibarlı təmin etmək məqsədi ilə suvarma kanallarının mexanizmlərlə lildən təmizlənmə işləri həyata keçirilmişdir.
Topalhəsənli kəndinin “Həndəvər” ərazisini və Topalhəsənli kənd tam orta məktəbinə gedən yola çınqıl daşı tökülərək təmir edilmişdir. Topalhəsənli kəndinə Şıxımlı EATS-dən 40 abunəçi telefonlaşıb. 2012-ci ilin dekabr ayında EATS alınıb quraşdırılaraq əhalinin istifadəsinə verilmişdir. Hal-hazırda abonentlərə telefon nömrələrin verilməsi istiqaməində işlər aparılır. Fövqəladə Hallar Nazirliyinin xətti ilə Topalhəsənli inzibati ərazi dairəsinə daxil olan kəndlərdə ümumi 36 ev tikilmişdir. Topalhəsənli kəndində 12, Şahsevən kəndində 2, Qaraqocalı kəndində 1 yaşayış evi tikilib istifadəyə verilmiş, Şahsevən kəndində 17, Qaraqocalı kəndində 4 yaşayış evini tikintisində son tamamlanma işləri aparılır.
Daha sonra Topalhəsənli bələdiyyəsinin sədri Almaz Ağayeva,Şahsevən bələdiyyəsinin sədri Rafiq Kərimov, Topalhəsənli kənd tam orta məktəbinin direktoru Telman Əzizov çıxış edərək ,kənd ərazi vahidliyində görülmüş işlər, həyata keçirilmiş tədbirlər və 2013-cü ildə qarşıda duran vəzifələr barədə məlumat vermişlər.
Tədbirdə çıxış edən kənd sakinləri son illərdə Respublikamızda, rayonda eləcə də kənd ərazi vahidliyində görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə danışmış və görülən işlərə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.
Yığıncaqda kənd sakinləri onları maraqlandıran məsələlər barədə aidiyyatı xidmət təşkilatların rəhbərlərinə müraciət etdilər və rayon İcra Hakimiyyətinin başçısı İrşad Əliyev onların qaldırdıqları məsələrlə bağlı aidiyyatı üzrə xidmət təşkilatlarının rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
Yekunda Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatı 2012-ci ildə də öz dinamik inkişafını qoruyub saxlamış,sosial sahədə aparılan siyasət uğurla davam etdirilmişdir. Rayonumuzda da sosial infrastrukturun yaradılması ilə bağlı böyük işlər görülmüş, məktəb, xəstəxana, idman kompleksləri, digər sosial obyektlər tikilmiş, içməli su və kanalizasiya layihələrinin icrası çox ciddi şəkildə davam etdirilir.
Rayon rəhbəri qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gənclərimizin bilikli olmasına və intellektual potensiala yiyələnməsinə xüsusi diqqət yetirir. Azərbaycanın gələcəyi gənclərimizin təhsilindən, yeniliyi tətbiq etmək bacarığından, vətənpərvərliyi və milli-mənəvi dəyərlərə sədaqətindən asılıdır. Gənclərin hərtərəfli inkişafı, sosial problemlərinin həlli və cəmiyyətdə layiqli yer tutması,onlar üçün əlverişli şəraitin yaradılması məqsədi ilə rayonumuzda da təxirə salınmaz tədbirlər görülür.Belə ki,rayonun “Gənclər Evi”ndə gənclərin bilik səviyyəsini artırmaq və müasir texnologiyaları daha da mükəmməl öyrənmələri üçün kompyuter və ingilis dili kursları fəaliyyət göstərir. Müasir avadanlıqlarla təhciz edilmiş Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmiş, şəhərinin prospekt və küçələrində yenidənqurma və abadlaşdırma işləri ilə əlaqədar müasir işıq dirəkləri quraşdırılır, divarlar ağlay materialı və keramik tavalarla üzlənilir,piyada yolları mozaik beton elementlərlə bəzədilir, divarların müasir dizayna uyğun üzlənmə işləri davam etdirilir, rayon Mərkəzinin və onun kəndlərinin daha da abadlaşdırılması istiqamətində bir sıra işlər görülür.Hal-hazırda rayonunun “Heydər Park” ında yenidənqurma və quruculuq işləri davam etdirilir, Heydər Əliyev Mərkəzi yeni layihəyə əsasən rekonstruksiya edilir,“Gənclər Evi”nin böyüdülməsi məqsədi ilə atıcılıq tiri inşa olunur.
Yekunda kənd sakinləri, ağsaqqallar, kənddə onlar üçün yaradılmış şəraitə görə bir daha öz minnətdarlıqlarını bildirdilər.
 

Keçidlər