Kürdəmirdə Qurban Bayramı münasibəti ilə tədbir keçirildi
Kürdəmir rayonunda Qurban Bayramı münasibəti ilə tədbir keçirildi. Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov kürdəmirliləri müqəddəs qurban bayramı münasibətilə təbrik etdi, onlara can sağlığı, uzun ömür, firavan həyat, bol ruzi arzuladı.
Kürdəmir “İmam Rza” məscidinin axundu Füzuli Cəfərov xeyir-dua verdi, dini adətimizə uyğun olaraq qurban mərasimi başladı.
Qurban Bayramı ilə əlaqədar Kürdəmir rayonunda yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlillərinə, II Dünya müharibəsi veteranlarına, rayon ərazisində məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara, yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə – ümumilikdə 1300-dən çox ailəyə qurban payları paylanıldı.
Bayram günü Böyük Vətən Müharibəsi Veteranlarının, tənha, yatax xəstəsi, kimsəsiz və əlil vətəndaşlarin evlərinə gedilərək onlara baş çəkildi və qurban payı verildi. Rayonda - ümumilikdə 2,5 tona yaxın qurban əti paylanıldı. Qurban bayramı mərasimində iştirak edən sakinlər onlara göstərilən maddi və mənəvi dəstəyə görə ölkə rəhbəri möhtərəm prezidentimizə öz minnətdarlıqlarını bildirdilər.