Kürdəmirdə istixanaların şəbəkəsi genişləndirilir
Kürdəmirdə istixana təsərrüfatlarının sayı artır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, bu yaxınlarda Beyi kəndi ərazisində 0,40 hektar ərazidə yeni istixana istifadəyə verilib. Rayonun Atakişili kəndi ərazisində isə sahibkarlar tərəfindən 2 hektar sahədə müasir istixana təsərrüfatı qurulur.
Ümumiyyətlə, bölgədə 37 nəfər fiziki və hüquqi şəxs tərəfindən 8 hektaradək sahədə 98 istixana təsərrüfatı fəaliyyət göstərir. Bu cür təsərrüfatlar əsasən rayonun Mürtülü, Xırdapay, Atakişili, Qocalı kəndlərindədir.
Təkcə cari ilin ötən müddətində istixanalarda yetişdirilən 500 tondan çox xiyar və pomidor rayonun, eləcə də respublikamızın bazarlarına çıxarılıb. Habelə, 200 tondan çox məhsul xarici bazarlara ixrac edilib.