Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə əmək yarmarkası təşkil olunub

25 avqust 2017 | 16:00

Avqustun 25-də rayonun “Gənclər evi”ndə Kürdəmir Rayon İcra Hakimiyyəti və ƏƏSMN-nin yanında Dövlət Məşğulluq Xidmətinin Kürdəmir rayon Məşğulluq Mərkəzi  tərəfindən “Əmək yarmarkası” təşkil olunub.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini-Sosial- iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ağali Kərimli, Kürdəmir rayon Məşğulluq Mərkəzinin direktor əvəzi Tahir İsmayılov, rayonun idarə, müəssisə, təşkilatların , qeyri dövlət müəssisələrinin nümayəndələri və rayon sakinləri iştirak ediblər.
Yarmarkanın təşkil olunmasında əsas məqsəd ixtisası üzrə iş tapa bilməyənlərə yardım etmək, boş qalan iş yerləri haqqında məlumat vermək və  işəgötürənlərlə işaxtaranlar arasında birbaşa əlaqə yaratmaqdan ibarət olub.
Əmək Yarmarkasında   rayonun 40  dövlət və qeyri dövlət təşkilatları boş (vakant ) iş yerləri təqdim etməklə iştirak edirdilər. Onlardan 18 dövlət, 6 qeyri dövlət və 16 fiziki şəxslərdir. Təqdim  olunmuş boş iş yerlərinin sayı 281 olmaqla 210 qulluqçu vəzifəsi, 44 fəhlə peşələri və  27 xidmət sahəsinə aiddir. Dövlət müəssisələrindən 246, qeyri dövlət 12 fiziki şəxslərdə 23 iş yeri təqdim olunub. Bu müəssisələrdə minimum əmək haqqı 130 manat, maksimum əmək haqqqı 450 manat təşkil edir. Əmək Yarmarkasında 350 nəfərədən çox  rayon əhalisi iştirak edib
Yarmarkada 78 nəfərə o, cümlədən 34 nəfərə qeyri dövlət müəssisələrinə işə göndəriş verilib, 2 nəfərə kvota yerlərinə, 20 nəfər peşə hazırlığına, 18 nəfər içtimai işlərə cəlb olunub.

Keçidlər