Kürdəmir rayonunda keçirilən idmanın voleybol növü üzrə rayon birinciliyinə yekun vurulmuşdur
Kürdəmir rayon İcra Hakimiyyətinin rəhbərliyi və rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr edilmiş idmanın voleybol növü üzrə ümumtəhsil məktəbləri arasında rayon birinciliyi başa çatmışdır.
Birincilik Kürdəmir rayonunun şəhər 2-saylı tam otra məktəbinin idman zalında keçirilirdi. Birincilikdə rayon ümumtəhsil məktəblərinin oğlanlardan ibarət idmanın voleybol növü üzrə komandaları öz güclərini sınayırdılar.
Birincilikdə əsas məqsəd gənclərimizin fiziki cəhətdən hazırlıqlarının artırılması və vətənpərvərlik ruhunun düzgün aşılanmasıdır .
Kürdəmir rayon İcra Hakimiyyəti və Gənclər və İdman Idarəsi tərəfindən birincilikdə I, II və III yerləri tutan komandalar Kubok, diplom və rəmzi medallarla mükafatlandırıldılar.