Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə payızlıq kartof əkininə başlanılıb

15 avqust 2017 | 16:00

Kürdəmir rayonunda payızlıq kartof əkininə start verilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, torpaq mülkiyyətçiləri qısa vaxtda 40 hektardan çox sahədə əkin aparıblar. Cari mövsümdə azı 200 hektarda payızlıq kartof əkiləcək.
Payızlıq kartof əkini rayonun əsasən Kürqırağı ərazilərində, o cümlədən Mehdili, Axtaçı, Qocalı, Ərəbqubalı və digər ərazi vahidlərində aparılır.
Qeyd edək ki, ilboyu yerli və ətraf rayonların bazarlarında kartofa tələbat heç də az deyil. Odur ki, kartofçuluğa maraq Kürdəmirdə ildən-ilə artır.

Keçidlər