Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “İslam həmrəyliyi – bəşəriyyəti sülhə aparan yol” mövzusunda tədbir keçirilib

04 avqust 2017 | 16:00

Avqustun 4 – də Kürdəmir rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi, Kürdəmir rayon Polis İdarəsinin və DTX-nin Kürdəmir rayon İdarəsinin birgə təşkilatçılığı ilə Kürdəmir Mərəzi rayon Xəstəxanasının akt zalında “İslam həmrəyliyi – bəşəriyyəti sülhə aparan yol” mövzusunda tədbir keçirilib.
Tədbirdə Kürdəmir rayon icra hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, rayon Polis İdarəsinin əməkdaşı Vüsal Hüseynov, DTX-nin Kürdəmir rayon idarəsinin əməkdaşı Seymur Müslümov,  Kürdəmir Mərəzi rayon Xəstəxanasının baş həkimi Məhəmməd Musayev və eləcə də rayonun səhiyyə işçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir rayon icra hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov qeyd edib ki, dövlət başçısı İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliliyi İli” elan edilməsi ölkəmizi bu prosesin avanqardına çevirir. “İslam Həmrəyliyi İli” yalnız din sahəsini deyil, eyni zamanda müsəlman ölkələrinin həm sosial-iqtisadi, həm siyasi, həm də mədəniyyət sahəsində bir-birinə dəstək olması, həmrəylik nümayiş etdirməsidir və onların arasında nifaq salmaq istəyənlərə tutarlı cavabdır.
DQİDK-nin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev tədbirdə çıxış edərək qeyd edib ki, bu gün dünyada islamı terrorizmin, cəhalətin ünvanı kimi təqdim edən və buna qismən də nail olan məlum şəbəkələr var. Onların yaratdığı mənfi imic, əslində, islamın daxilindəki mənfi durumdan, parçalanmadan, maarifçilikdən uzaq düşməsindən qaynaqlanır. Əzim Rəfiyev, çoxkonfessiyalı ölkə kimi Azərbaycanın dünyada dinlər və mədəniyyətlər arasında əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsinə layiqli töhfələr verə biləcəyini vurğulayıb.
Tədbirdə Dövlət Təhlükəsizlik Xidmətinin Kürdəmir rayon şöbəsinin əməkdaşı Seymur Müslümov və rayon Polis İdarəsinin əməkdaşı Vüsal Hüseynov da mövzu ətrafında çıxışlar ediblər.
İştirakçıları maraqlandıran sualların cavablandırılması ilə tədbir öz işini yekunlaşdırmışdır.

Keçidlər