Kürdəmirdə dövlət qulluqçularının peşə bayramı qeyd olunub
İyunun 23-də Kürdəmir rayon İcra Hakimiyyətində Dövlət Qulluqçularının peşə bayramı qeyd olunub.
Tədbiri giriş sözü ilə açan Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Ölkəmizdə dövlət qulluğunun formalaşması və inkişafı proseslərinə Ümummilli Lider Heydər Əliyevin xidmətlərini xatırladan icra başçısı bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, Dövlət qulluqçularının peşə bayramı münasibətilə Azərbaycan Prezidentinin 21 iyun 2017-ci tarixli Sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sektor müdiri-baş mühasibi Abuşov Səfər Məhəmməd oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Tədbirin sonunda dövlət qulluğunda səmərəli fəaliyyətinəgörə bir qrup dövlət qulluqçusuna rayon icra hakimiyyətinin fəxri fərmanları təqdim edilib.