Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirin tibb işçiləri peşə bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd ediblər

19 iyun 2017 | 16:00

İyunun 17-də şəhərin “Kürdəmir”  sarayında  Tibb işçilərinin peşə bayramı qeyd edilib. Tədbir iştirakçıları əvvəlcə rayonun Heydər Əliyev Parkına gələrək Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.    
Tədbirdə  çıxış  edən  Kürdəmir  Rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə  Əsgərli  tibb işçilərini əlamətdar gün münasibətilə təbrik edərək, rayonun səhiyyə sahəsində qazanılan uğurlardan danışıb. 
Tədbirdə Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Məhəmməd Musayev çıxış edərək tibb işçilərini bayramları münasibəti ilə təbrik edərək, səhiyyənin keçmişi və bu günü ilə bağlı məlumat verdi. Bildirdi ki, möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən respublikamızda səhiyyə sahəsində aparılan islahatlar, bu sahəyə göstərdiyi diqqət və qayğı Azərbaycan səhiyyəsinin inkişaf səviyyəsini yüksəltmişdir.
Çıxış edənlər ölkə rəhbəri cənab İlham Əliyevə və  Respublikanın  Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya  Kürdəmir səhiyyəsinə göstərdikləri xüsusi diqqət və qayğılara görə dərin minnətdarlıqlarını bildiriblər.
Tədbirdə tibb işçilərinin peşə bayramı münasibətilə bir qrup səhiyyə işçisinə Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən Fəxri Fərmanlar və hədiyyələr təqdim olundu.
Tədbir rayon incəsənət ustalarının konsert proqramı ilə başa çatdı.

Keçidlər