Kürdəmirdə “Son Zəng” tədbirləri təntənə ilə qeyd olunub
İyunun 14-də Respublikanın bütün ümumtəhsil müəssisələrində olduğu kimi Kürdəmir rayonunun ümumtəhsil müəssisələrində də “Son Zəng” tədbirləri keçirilib.
Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov S.Paşayev adına şəhər 6 saylı tam orta məktəbdə keçirilən “Son Zəng” tədbirində iştirak edib.
Son zəng mərasimini giriş sözü ilə açan məktəbin direktoru Elmira Swleymanova məktəb kollektivinin təhsildə qazandığı uğurlardan söz açıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti, genişmiqyaslı islahatçı fəaliyyəti, müstəsna təşkilatçılığı sayəsində əldə edilmiş naliyyətlərin Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyalarına sadiqliyin parlaq təcəssümü olduğunu, ölkə rəhbəri tərəfindən aparılan nəhəng quruculuq işlərində tədris müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə, yeni məktəb binalarının tikilərək istifadəyə verilməsinə, onların ən müasir avadanlıq və komyuterlərlə təchizinə xüsüsi diqqət verildiyini vurğulayıb.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov çıxış edərək müstəqil həyatın astanasında duran məzunları bu əlamətdar gün münasibətilə təbrik etdi, ölkəmiz və xalqımız üçün layiqli vətəndaş olmalarını arzuladı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə təhsil sahəsində aparılan işlər və bu qəbildən Kürdəmir rayonunda həyata keçirilən layihələr barədə ətraflı məlumat verdi, məktəbin pedaqoji kollektivinə gələcək işlərində uğurlar arzuladı.
Daha sonra məktəbin müəllimləri, valideynlər və qonaqlar çıxış edərək 11-ciləri təbrik etdilər və onlara müstəqil həyatda uğurlar arzuladılar.
Tədbirdə məktəbin 1-ci və 11-ci sinif şagirdlərinin hazırladıqları şeir, mahnı və rəqslərdən ibarət konsert proqramları təqdim olundu.
Məktəb həyatına əlvida deyən məzunlar son zəngin sədaları altında məktəbin simvolik açarını 10-culara verdilər, bu ilki birincilərə hədiyyələr təqdim etdilər.