Kürdəmirdə YAP Kürdəmir rayon təşkilatının X konfransı keçirilib
İyunun 10-da rayonun Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatının X konfransı keçirilib.
Konfrans nümayəndələri ilk öncə Azərbaycan xalqının dahi lideri, partiyanın qurucusu və yaradıcısı Heydər Əliyevin abidəsini ziyarət etdilər, abidənin önünə tər gül dəstələri düzərək, Ona hörmət və ehtiramlarını ifadə ediblər.
Tədbir dövlət himninin səsləndirilməsi ilə öz işinə başlayıb.
Konfransın işində Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Kürdəmir rayon İcra Hakmiyyətinin Başçısı Ceyhun Cəfərov, Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının Şirvan zonası üzrə kuratoru Həsən Daşdəmirov iştirak edibər.
Konfransda YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli hesabat məruzəsi ilə çıxış edib. Ağali Kərimli bildirib ki, Azərbaycan xalqının ciddi sınaqlarla üzləşdiyi bir dövrdə Ümummilli Lider Heydər Əliyevin müdrik düşüncəsi ilə yaradılmış Yeni Azərbaycan Partiyası özünün tarixi missiyasını davam etdirərək Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətənimizin tərəqqisi naminə həyata keçirilən fəaliyyətin ideya-siyasi təminatçısı rolunu müvəffəqiyyətlə yerinə yetirir.Məhz cənab Prezidentimizin yüksək idarəetmə bacarığı sayəsində ölkəmizdə sosial – iqtisadi tərəqqi dinamik xarakter almışdır.Hazırda respublikamız böyük inkişaf yolundadır. Dövlətimizin iqtisadi qüdrəti durmadan artır, həyat səviyyəi gündən-günə yaxşılaşır. Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Kürdəmir rayonunun sürətli inkişaf dövrünü yaşadığını, rayonda abadlıq –quruculuq işləri görüldüyünü, məktəblər,tibb müəssisələri, mədəniyyət ocaqları və digər sosial yönümlü obyektlərin inşa edilib istifadəyə verildiyini vurğulayan Ağali Kərimli qazanılmış uğurların insanları daha da ruhlandırdığını , onların xoşbəxt sabaha inamını möhkəmləndirdiyini bildirib.Ağali Kərimli bildirib ki, cənab Prezidentimizin rayonumuza tarixi səfərləri zamanı görülən işlərə verdiyi yüksək qiymət hər bir kürdəmirlini hədsiz sevindirmişdir. Fəxr edirik ki, bütün bu işlərin həyata keçirilməsində Yeni Azərbaycan Partiyasının da müəyyən əməyi var.Ümummilli Lider Heydər Əliyevin siyasi kursuna həmişə sədaqətli olan YAP üzvləri bütün sahələrdə əzmlə çalışır, qarşıya qoyulan vəzifələrin icrasına səy göstərirlər. Yeni Azərbaycan Partiyası ən mütərəqqi, ən monolit partiya olmaqla öz üzərinə düşən tarixi missiyanı uğurla davam etdirir.
Bu gün cənab İlham Əliyevin rəhbərliyi altında sıralarında 700 minə yaxın vətəndaşı birləşdirən Yeni Azərbaycan Partiyası öz inkişafının möhtəşəm tarixini yaşayır.
Ağali Kərimli qeyd etmişdir ki, 17 iyul 1993-cü ildə təsis edilmiş Yeni Azərbaycan Partiyasının ilkin, çoxsaylı, mübariz dəstələrindən biri olan və artıq mükəmməl formalaşmış Kürdəmir rayon təşkilatı hesabat dövründə öz işini partiya Nizamnaməsinə,Qurultay qərarlarına, YAP İdarə Heyətinin, Siyasi Şuranın qərar və göstərişlərinə, partiya rəhbərinin tapşırıq və tövsiyələrinə uyğun qurmaq üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirmişdir. Rayon təşkilatının fəaliyyəti əsasən partiyanın sosial bazasının möhkəmləndirilməsindən,ideya-siyasi təbliğat işinin gücləndirilməsindən, partiyanın məram və məqsədlərinin əhali arasında daha geniş yayılmasına nail olmaqdan, partiya mütəşəkkiliyinin artırılmasından, işin forma və metodlarının daim təkmilləşdirilməsindən, təşkilatın fəaliyyətinin mühüm təminatı kimi onun maddi bazasının möhkəmləndirilməsindən ibarət olmuşdur.
Hazırda rayon təşkilatında partiya üzvlərinin sayı 9080 nəfərdir ki, bunların 4034 nəfəri, yəni 44,4 faizi gənclər, 3340 nəfəri, yəni 36,7 faizi qadınlardır. Hesabat dövrünü əhatə edən müddətdə 2621 nəfər partiya sıralarına qəbul olunmuşdur. Bunlardan 893 nəfər qadınlar, 1190 nəfər gənclərdir. Seçkili orqanların işinin düzgün təşkili, iclalarının vaxtlı-vaxtında və hazırlıqlı keçirilməsi, günün vacib məsələlərinə aid düşünülmüş qərarların qəbulu və onların icrasının təmin olunması daim diqqət mərkəzində saxlanılmışdır. Rayon təşkilatının Gənclər Birliyinin və Qadınlar Şurasının işi, onların müvafiq Əsasnamələrə uyğun səmərəli fəaliyyət göstərməsi daim diqqət mərkəzində olmuşdur.Gənclərin Ümummilli Liderimizin tarixi irsinə sədaqət və doğma vətənə məhəbbət ruhunda tərbiyələndirilməsində geniş diqqət yetirilir. Rayon təşkilatının nəzdində 117 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir. Ərazi ilk partiya təşkilatımızın və partiya üzvlərinin tərkibi rayonun bütün ictimai sferasını əhatə edir.
Konfrans YAP Kürdəmir rayon təşkilatının nəzarət-təftiş qrupunun sədri Həsən Hidayətovun hesabat məruzəsini də dinləmişdir.
Məruzələr ətrafında Rayon təşkilatının idarə heyətinin üzvü, rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Elmira Şıxəliyeva, Rayon Ziyalılar Cəmiyyətinin sədri, Poliklinika ərazi ilk partiya təşkilatının sədri Sabir Novruzov və Carlı kənd tam orta məktəbinin direktor müavini Abduləziz Hüseynov çıxış etmişlər. Çıxış edənlər möhtərəm Prezidentimiz, partiyamızın Sədri cənab İlham Əliyevin daxili və xarici siyasətini yüksək qiymətləndirmiş,Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli tarixdən, əldə olunana nailiyyətlərdən danışmış və müstəqil Azərbaycanımızın inkişafı və tərəqqisi naminə titanik fəaliyyətində Ona yeni-yeni uğurlar arzulamışlar.
Konfransda YAP Siyasi Şurasının üzvü, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov çıxış edərək konfrans iştirakçılarını əlamətdar gün münasibətilə təbrik etmiş, Yeni Azərbaycan Partiyasının yaranması tarixindən, Azərbaycanın inkişafı və tərəqqisində partiyanın rolundan, ölkəmizdə mövcud ictimai-siyasi vəziyyət və möhtərəm Prezidentimiz , YAP-ın sədri cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düşünülmüş və dəqiq siyasətdən bəhs etmiş, partiyanın qarşısında duran vəzifələr barədə ətraflı məlumat vermişlər. YAP ölkəmizin siyasi-sosial həyatında həmişə ön sırada olan söz sahibi, yeni cəmiyyət quruculuğunun hərəkətverici qüvvəsi, xalqımızın milli məfkurəsinin ideoloji bazası olmuşdur.Məhz xalqın istək və arzularının əvəzsiz ifadəçisi olan Partiyamız indiyə qədər keçirilmiş bütün siyasi tədbirlərdə, parlament, prezident, bələdiyyə seçkilərində, referendumlarda parlaq qələbələr qazanmışdır.Müstəqil Azərbaycanımızın inkişafı Ulu Öndər Heydər Əliyevin vaxtilə yaratdığı möhkəm, etibarlı və möhtəşəm təməl üzərində qurulmuşdur. Zaman göstərdi ki, Ulu Öndərimizin bütün addımları gələcəyə hesablanmış, bu günkü azərbaycan xalqının firavan yaşaması üçün atılmışdır. Əminik ki, bu uğurlar davamlı olacaqdır.Bildirmişlər ki, bu gün YAP xüsusilə gənclərin Ümummilli Lider Heydər Əliyevin zəngin irsinə sədaqət və doğma Vətənə məhəbbət ruhunda tərbiyələndirilməsinə geniş diqqət yetirir.
Konfransın qətnaməsi oxunaraq təsdiq edilib, təşkilati məsələlər müzakirə olunub.YAP Kürdəmir rayon təşkilatının 51 nəfərdən ibarət şurası, 21 nəfərdən ibarət idarə heyəti və 7 nəfərdən ibarət nəzarət-təftiş qrupu seçilmişdir.
Ağali Xanbaba oğlu Kərimli yenidən YAP Kürdəmir rayon təşkilatının sədri seçilmişdir.
Sonda YAP üzvlüyünə yeni qəbul olunmuş bir qrup gənclərə partiya üzvlük vəsiqələri təqdim edilmişdir.