Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Xəyala doğru bir addım” adlı 3-cü Kürdəmir Kuboku üzrə Gimnastika yarışı keçirilib

27 may 2017 | 16:00

Mayın 27-də rayonun Olimpiya İdman Kompleksinin arenasında bədii gimnastika üzrə “Xəyala doğru bir addım “ adlı 3-cü Kürdəmir Kuboku yarışı keçirilib.
Yarışda “Gömrükçü” , ”Start” və Zirvə idman klubları, Şağan, Zirə, Zabrat, Kürdəmir,  İsmayıllı, Göyçay, Gəncə  və  Respublika İdman Kompleks məktəbinin 100-dən çox təmsilçiləri öz çıxışlarını nümayiş etdiriblər. İdmançılar fərdi və qrup şəkilində iştirak ediblər.
Yarışın yekun nəticələrinə görə bölgələrdən 1-ci yerə Zirvə, paytaxdan “Start” idman klubu, ardıcıl olaraq 2-ci yerə Kürdəmir, Zabrat, 3-cü yerə isə Gəncə və Respublika İdman Kompleks məktəbinin təmsilçiləri layiq görülüblər.
Qaliblərə xüsusi kubok,fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

Keçidlər