Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə 567 məcburi köçkün ailəsinə yardım edilib

27 may 2017 | 16:00

Kürdəmir rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri ilə mayın 27-də Respublika Günü münasibətilə Kürdəmir Rayon İcra Hakimiyyətinin və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin birgə təşkilatçılığı ilə görüş keçirilib.
Kürdəmir Peşə Liseyində keçirilən görüşdə Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, Ədliyyə Nazirliyi Penitensiar Xidmət rəisinin birinci müavini Oqtay Məmmədov, Kürdəmir rayon Polis şöbəsinin rəisi  Sultan Zeynalov, Kürdəmir rayon Məhkəməsinin sədri Sulduz Ləzimov məcburi köçkün ailələrini əlamətdar gün münasibətilə təbrik ediblər.
Görüşdə 567 məcburi köçkün ailəsinə yardım paylanıb.

Keçidlər