Kürdəmirdə 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib
Mayın 26-da rayonun Heydər Əliyev Mərkəzində 28 May-Respublika Günü münasibətilə “Şərqin ilk demoktarik Respublikası-Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov , rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar və ziyalılar, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə müasir, müstəqil Azərbaycan Respublikasının qurucusu Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüblər.
Dəyirmi masa Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı. Kürdəmir şəhər 6 saylı tam orta məktəbinin şagirdlərinin ifasında təqdim olunan “Canım Azərbaycanım” ədəbi-bədii kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.
Tədbirdə “Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik dövlət kimi” mövzusunda şəhər 1 saylı tam orta məktəbin tarix müəllimi Nazilə Bünyətova, “Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycanın dövlətçilik tarixində yeri və rolu” mövzusunda Kürdəmir rayon Peşə liseyinin direktoru Azər Hüseynov, “Azərbaycan Xalq Cümhuriyyəti və müstəqil Azərbaycan” mövzusunda Çöhranlı kənd tam orta məktəbinin direktoru Könul Qədirova, “Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu” mövzusunda N saylı hərbi hissənin zabiti, baş leytenant Elvin Qurbani məruzələrlə çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Müstəqil Azərbaycan Respublikası Ulu Öndərimiz Heydər Əliyevin parlaq ideyaları , dahi öndərin siyasi davamçısı ölkə rəhbəri cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində daim tərəqqi edib çiçəklənəcək, öz müstəqilliyini möhkəmləndirəcək, Ümummilli Liderimizin dediyi kimi , əbədi və dönməz edəcəkdir. Həmçinin dərin minətdarlıq hissi ilə vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev irsinin həyata keçirilməsi, onun ideyalarını reallaşdırılması Prezidentimiz İlham Əliyev cənablarının məqsədyönlü siyasəti nəticəsində reallığa çevrilib.
Tədbiri öz çıxışı ilə yekunlaşdıran Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Respublika günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirib ki, Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi bütün sahələrdə - xarici siyasət, beynalxalq münasibətlər, daxili siyasət, milli təhlükəsizlik, sosial – iqtisadi sahədə dövlətlərlə balanslaşdırıcı siyasət, enerji, ərzaq, təhsil, səhiyyə, elm, daxili siyasi sabitliyin yaradılması və.s sahələrdə dayanıqlı dövlət kimi fəaliyyət göstərmiş, hal – hazırda göstərilməkdədir. Azərbaycanın dövlətçilik ənənələrinin qoruyub saxlanması və inkişaf etdirilməsi Azərbaycan respublikası prezidenti cənab İlham Əliyevin prezident kimi fəaliyyətinin ən başlıca qayəsini təşkil edir. Müstəqil Azərbaycan Respublikası yaşayır, inkişaf edir, möhkəmlənir, dünyanın lider ölkəsinə çevrilməkdədir.Elə bunun bariz nümunəsidir ki, ölkəmiz nüfuzlu beynəlxalq tədbirlərə ,konfranslarə və idman yarışlara ev sahibliyi edir .Bunlardan 2012-ci ildə keçirilən “Eurovision” mahnı yarışması, 2015-ci ildə keçirilən “Bakı -2015 ilk Avropa Oyunları”, “Formula 1” yarışları, bu yaxınlarda başa çatan“ Bakı-2017 IV İslam Həmrəylik Oyunları”ən yüksək səviyədə təşkil olunmuşdur .Azərbaycanda keçirilən nəhəng beynəlxalq idman yarışlarının təşkilat komitəsinin sədri Azərbaycanin Birinci Vitse -Prezidenti Mehriban xanım Əliyeva olmuşdur. Məhz onun gərgin əməyinin nəticəsi olaraq bu tədbirlər ən yüksək səviyyədə keçirilmişdir. 2015-ci ildə Bakıda keçirilən ilk “Avropa Oyunları” zamanı Azərbaycan Avropa ölkələri arasında medalların əyyarına görə 2-ci yeri tutmuşdursa, 2017-ci ildə Bakıda keçirilən “IV İslam Həmrəylik Oyunları” zamanı 75 qızıl, 50 gümüş, 37 bürünc, ümümilikdə 162 medal qazanaraq, İslam ölkələri arasında medalların əyyarına görə 1-ci yeri tutmuşdur. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin idmançılara göstərdiyi diqqət və qayğının ildən-ilə artığının bariz nümunəsidir.