Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Pilot Regional İnkişaf Proqramı” ilə bağlı seminar keçirilib

18 may 2017 | 16:00

Avropa ittifaqı (Aİ) Azərbaycan da daxil olmaqla 5 Şərq Tərəfdaşlığı Ölkəsində inkişaf siyasətinin həyata keçirilməsinə dəstək olaraq Pilot Regional İnkişaf proqramını həyata keçirir. 2016-cı ilin aprel ayında Avropa İttifaqının Azərbaycan Nümayəndəliyi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ilə birgə “Pilot Regional İnkişaf Proqramı”nın icrasına başlanmışdır. Layihənin məqsədi Azərbaycanda regional inkişafa dəstək vermək, ölkədə iqtisadi, sosial və ərazi vəhdətliyini artırmaq, həmçinin bölgələr arasındakı fərqliliklərin azalmasına yönələn regional planın hazırlanması və həyata keçirilməsi sahəsində nazirliyin potensialını artırmaqdır. Layihə çərçivəsində Aİ-nin üzv dövlətlərinin regional inkişaf siyasətinin qabaqcıl təcrübələri və sübut olunmuş alətlərinin Azərbaycanda tətbiq edilməsi planlaşdırılır.
Kürdəmir rayounun Gənclər evində 17-18 may tarixlərində “Pilot Regional İnkişaf Proqramı” ilə bağlı 2 günlük seminar təşkil olunub. Bu seminar İqtisadiyyat Nazirliyinin və layihə əməkdaşlarının moderatorluğu ilə keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatlarının nümayəndələri iştirak edirdi. Seminarda rayonun bütün maraqlı tərəflərinin iştirakı ilə müzakirələr təşkil olundu, rayonun iqtisadi-sosial problemləri aşkar olundu, həmçinin rayonun sosial-iqtisadi inkişaf potensialı, güclü tərəfləri və imkanları müəyyənləşdirildi.
Diaqnostik mərhələnin başa çatmasından sonra regional strategiyanın hazırlanmasında növbəti addım regionun inkişafına dair məqsədlər və gözlənilən nəticələr, həmçinin planlaşdırılan fəaliyyətlər və zəruri xərclər özündə əks etdirən İcra Planı hazırlanacaqdır.

Keçidlər