Kürdəmirdə Sosial məsuliyyətin bölgüsü çərçivəsində həyata keçirilən tədbirlər mövzusunda dəyirmi masa keçirilib
Mayın 16-da rayonun Maliyyə idarəsinin akt zalında Kürdəmir rayon Məşğulluğa kömək əlaqələndirmə komitəsi və Rayon Məşğulluq Mərkəzinin birgə təşkilatçılığı ilə Sosial məsuliyyətin bölgüsü çərçivəsində həyata keçirilən tədbirlər mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə rayonun 20 dən çox dövlət - qeyri dövlət idarə, müəssisə və təşkilatların rəhbərləri, işəgötürənlər və nümayəndələri ilə birlikdə iştirak ediblər.
Tədbrdə Məşğulluq Mərkəzinin direktor əvəzi Tahir İsmayılov, Aktiv məşğulluq tədbirləri sektorunun müdiri Mübarək Kərimov, Kommunal Müəssisələr Kombinatının Kadrlar şöbəsinin müdiri S.Gülməmmədova çıxış ediblər.
Tədbirdə Sosial məsuliyyətin bölgüsü çərçivəsində həyata keçirilən tədbirlərdə işəgötürənlərin iştirakı mövzusunda müzakirə aparıldı. “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydaları barədə işəgötürənlərin məlumatlandırılması və qeyd olunan əhali kateqoriyasının məşğulluğunun təmin edilməsi sahəsində müzakirə aparılmışdır. Gənclərin, xüsusilə sosial müdafiəyə daha çox ehtiyacı olanların (kvota üzrə) sosial problemlərinin həlli yolları araşdırılaraq bu sahədə aktiv məşğulluq tədbirlərinin, işəgötürənlərlə Məşğulluq Mərkəzi ilə əlaqələrinin daha da gücləndirilməsi, əmək bazarının təhlili, işçi qüvvəsinə olan təlabatın ödənilməsi istiqamətində birgə tədbirlərin həyata keçirilməsi məqsədə uyğun hesab edilmişdir.
İşəgötürənlərlə Məşğulluq Mərkəzi ilə əlaqələrinin daha da gücləndirilməsi, əmək bazarının tələblərini nəzərə alaraq işçi qüvvəsinə olan təlabatın ödənilməsi istiqamətində birgə tədbirlərin həyata keçirilməsi məqsədə uyğun hesab edildi.