Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunun Muradxan kəndində hesabat yığıncağı keçirildi.

15 yanvar 2013 | 16:00

2013-cü il 14 yanvar tarixində Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı İrşad Əliyevin iştirakı ilə Muradxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin hesabat yığıncağı keçirildi.
Hesabat yığıncağında rayonunun Muradxan kənd inzibati ərazi dairəsinə daxil olan Muradxan, Sor-Sor və Çöl-Ərəb kənd sakinləri və rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etdilər.
Hesabat məruzəsi ilə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Muradxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elza Dünyamalıyeva rayon mərkəzindən 10 km aralıda yerləşən Muradxan ərazi vahidliyində 5368 nəfər əhali yaşadığını, 1087 təsərrüfatdan ibarət olduğunu bildiridi. Son illərdə kənd əhalisinin maddi rifah halının daha da yaxşılaşdırılması istiqamətində ərazidə bir sıra məsələlərin öz həllini tapdığını qeyd etdi. Belə ki, poçt-rabitə xidməti binasının, 2 mərtəbədən və bütün zəruri şəraiti olan həkim sahə məntəqəsi tikilərək kənd sakinlərinin istifadəsinə verildiyini,elektrik naqilləri və dirəkləri təzələndiyini, yol kənarında yaşıllıqlar salındığını, əkin sahələrinin suvarılması üçün beton kanallar lildən təmizləndiyini bildirdi. Bundan əlavə Sor-Sor kəndində 220 şagird yerlik yeni məktəb binası, su təmizləyici qurğu tikilərək istifadəyə verildiyini yığıncaq iştirakçılarının nəzərinə çatdırdı.
Tədbirdə çıxış edən kənd sakinlərindən Ərzuman Məmişov, Ağa Qasımov, Zeynal Səfərov, Mübariz Cəfərov və digərləri son illərdə Respublikamızda, rayonda eləcə də kənd ərazi vahidliyində görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə danışmış və görülən işlərə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.
Yığıncaqda kənd sakinləri onları maraqlandıran məsələlər barədə aidiyyatı təşkilatların rəhbərlərinə müraciət etdilər.
Tədbirdə iştirak edən rayon Mexaniki Suvarma idarəsinin rəisi Həmid Abbasov, rayon Elektrik Şəbəkəsinin müdir əvəzi Akif Cənnətov, rayon Təhsil şöbəsinin müdiri Tacəddin Novruzov kənd sakinlərinin müraciətlərini cavablandırdılar.
Yekunda Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev çıxış edərək bildirdi ki, hazırda ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Son dövrdə ölkəmizdə həyata keçirilən islahatlar bütün sahələrdə müsbət nəticələrin əldə olunmasına şərait yaratmışdır. Ölkə rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının imzalanması buna bariz nümunədir
Bununla əlaqədar olaraq rayonumuzdada təxirəsalınmaz tədbirlər görülməkdədir.Belə ki, rayonun ərazisi böyük tikinti meydanına çevirilmiş, rayon tarixində görülməmiş həcmdə tikinti, abadlıq və quruculuq işləri davam etdirilməkdədir. Rayonumuzda Dövlət Proqramları, eləcə də Heydər Əliyev Fondu hesabına 27 yeni məktəb binası tikilmiş, 3 məktəbimiz əsaslı təmir olunmuş,17 məktəbin istilik sistemi yenidən qurulmuş, məktəblərimiz müasir avadanlıqlarla, müvafiq tədris laboratoriyaları ilə təchiz edilmişdir. Hazırda rayonun Sığırlı kənd tam orta məktəbində 640 şagird yerlik, Z.Əhmədov adına Şilyan kənd tam orta məktəbində 360 şagird yerlik, Cəyli kənd tam orta məktəbində 280 şagird yerlik, Köhünlü kənd tam orta məktəbində 220 şagird yerlik, Qaramahmudlu kənd ümumi orta, Xəlsə kənd ibtidai məktəblərin ərazisində 80 şagird yerlik yeni məktəb binalarının tikintisi davam etdirilir, 182 carpayılıq Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir. Eyni uğurların bu ildə təkrarlanması üçün məqsədyönlü addımlar atılır.
Rayon rəhbəri öz çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Respublikanın bütün bölgələrinə olduğu kimi Kürdəmir rayonuna da göstərdiyi diqqət və qayğıdan, gələcəkdə rayon Mərkəzinin və onun kəndlərinin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görüləcək işləri qeyd etmişdir.
Yekunda kənd sakinləri, ağsaqqallar, kənddə onlar üçün yaradılmış şəraitə görə bir daha öz minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər