Kürdəmirdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd olunub
Mayın 10-da Dahi rəhbərin doğum günündə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, YAP-ın üzvüləri , ağsaqqallar və ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri , rayon sakinləri Ulu Öndərin adını daşıyan parkda ucaldılmış Ulu Öndərin abidəsi önünə tər-çiçəklər düzdülər və onun nurlu, işıqlı əziz xatirəsini bir daha ehtiramla yad etdilər.
Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinə daxil olaraq Ulu Öndərin çoxşaxəli həyat və fəaliyyətini əks etdirən foto-stendlərə, bir-birindən maraqlı eksponantlara böyük maraqla tamaşa etdilər.
Həmin gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü il dönümü münasibəti ilə rayon ərazisində geniş ictimaiyyətin iştirakı ilə ağacəkmə kampaniyası keçirildi.
Ağacəkmə aksiyasında Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, YAP-ın üzvüləri , rayon ictimaiyyətinin nümayəndələri, əmək kollektivləri və rayon sakinləri iştirak ediblər.
İməclikdə 3100 nəfərdən çox rayon sakini tərəfindən 7200-dən artıq müxtəlif növ ağaçlar və gül kolları əkildi.