Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar tədbir keçirilib

09 may 2017 | 23:00

Mayın 9-da rayonun Heydər Əliyev Mərkəzində Kürdəmir Rayon İcra Hakimiyyətinin və “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin birgə təşkilatçılığı ilə IV İslam Həmrəyliyi Oyunlarına həsr olunan muğam konserti keçirilib
Tədbirdə Kürdəmir  Rayon  İcra  Hakimiyyətinin  Başçısı  Ceyhun Cəfərov, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov, İslam Həmrəyliyi Oyunlarının səfirləri televiziya aparıcısı Hacı Nuran və "Muğam müsabiqəsi-2011"in qalibi Mirələm Mirələmov, rayonun hüquq-mühafizə  orqanlarının,    idarə ,  müəssisə və  təşkilatların   rəhbərləri, rayon  ictimaiyyətinin  nümayəndələri və muğam sevənlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir  Rayon  İcra  Hakimiyyətinin  Başçısı  Ceyhun Cəfərov bildirib ki, İslam oyunları dünyada bəşəri ideyaları təbliğ etməklə idmanın inkişafına böyük töhfələr vermişdir. IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi 2014-cü ilin iyul ayının 24-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutan İslam Həmrəyliyi Federasiyasının 8-ci Baş Assambleyasında qərara alınmışdır. 2015-ci ilin 7 aprel tarixində IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi haqqında müqavilə imzalanmış, 2 noyabr 2015-ci il tarixində Bakı şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının Ələqələndirmə Komissiyasının ilk iclası baş tutmuşdur. Həmin vaxtdan IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında ölkəmizdə oyunların keçirilməsinə ciddi hazırlıq işlərinə başlanmış, idman kompleks və qurğuları bu möhtəşəm yarışlara ev sahibliyi etməyə tam hazır vəziyyətə gətirilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, bu oyunların keçirilməsi üçün bütün işlər görülmüş, oyunları qəbul etmək üçün Azərbaycan Respublikasının Paytaxtı Bakı şəhəri tam hazır vəziyyətə gətirilmişdir. Oyunların keçirilməsinə belə yüksək səviyyədə təşkil olunmuş hazırlığa görə bütün Azərbaycan xalqı kimi biz kürdəmirlilər də IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya öz minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Qeyd etməliyəm ki, IV İslam Həmrəyliyi Oyunlarının başlanmasına sayılı günlər qalır. Dünyanın 57 islam ölkəsini təmsil edən 3 mindən çox idmançı Azərbaycanda 20 idman növü üzrə 10 yarış günü ərzində öz güclərini sınayaraq yarışlarda iştirak edəcəklər. Mayın 12-dən 22-dək davam edəcək yarışlar Bakının ən müasir 16 idman meydançasında təşkil olunacaq. Azərbaycan xalqı kimi biz kürdəmirlilər də buna çöx sevinirik. İdmançılarla bərabər oyunlarda minlərlə rəsmi nümayəndə, qonaqlar ölkəmizə gələcək, ölkəmizlə və qədim tariximizlə yaxından tanış olmaq imkanını əldə edəcəklər.

"Muğam müsabiqəsi-2011"in qalibi, İslam Həmrəyliyi Oyunlarının səfiri Mirələm Mirələmovun və muğam ifaçısı Kamilə Nəbiyevanın səs imkanları, seçilmiş qəzəllər və bir çox təsniflər vəhdət təşkil edərək, dinləyicilərə zövq vermişdir.

Mərasimdə çıxış edən Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov Kürdəmir  Rayon  İcra  Hakimiyyətinin  Başçısı  Ceyhun Cəfərova, tədbir iştirakçılarına  öz dərin minnətdarlığını bildirdi.

Tədbir muğam sevərlərin sürəkli alqışlarıyla başa çatdı.

Keçidlər