Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Şahmat üzrə rayon turnirinə yekun vurulub

08 may 2017 | 16:00

Mayın 8-də Kürdəmir rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı  ilə  rayonun  Şahmat  məktəbində  Ümummilli Lider Heydər   Əliyevin   anadan  olmasının  94-cü  ildönümünə  həsr  olunmuş şahmat üzrə rayon birinciliyi keçirilib.
Birinciliyin mükafatlandırma mərasimində iştirak edən Kürdəmir rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əhmədov bildirib ki, Ulu öndərin ötən əsrin 90-cı illərinin ortalarında idman ictimaiyyətimizin nümayəndələri ilə görüşlərindən birində bəyan etmişdir ki,“Azərbaycan Prezidenti  kimi şəxsən  mən söz vermişəm və indi də bunu təsdiq edirəm ki, idmana  xüsusi  qayğını  öz üzərimə götürürəm. Azərbaycan gənclərinə  xüsusi  qayğını  öz üzərimə  götürmüşəm  və  əmin ola bilərsiniz ki, bu qayğını daim hiss edəcəksiniz”.
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi uzun illər ərzində bədən tərbiyəsi və idmana xüsusi qayğını öz üzərinə götürdüyünü bütün ölkəyə bəyan etməklə təkcə həyatın bu mühüm tərkib hissəsinə necə böyük əhəmiyyət verdiyini bir daha diqqətə çatdırmadı, həm də bütün idman ictimaiyyətimizi ruhlandırdı, hamını problemlərin aradan qaldırılmasına, qarşıda duran mühüm  vəzifələrin yerinə yetirilməsinə və beləliklə də, respublikamızın  dünyanın idman mərkəzlərindən birinə çevrilməsi işinə səfərbər etmiş oldu. Görülmüş  gərgin və məqsədyönlü işlərin nəticəsi, barı-bəhrəsi bu gün göz qabağındadır.  Azərbaycan Respublikası bu gün öz tarixinin çox şərəfli,  böyük irəliləyişlər, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Ulu öndərin milli  maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli  siyasət strategiyası bu gün onun layiqli varisi - Azərbaycan  Prezidenti  İlham  Əliyev  tərəfindən inamla davam etdirilir. Bu qayğı və  şəxsən dövlət  başçısı  cənab  İlham Əliyevin  diqqəti biz idmançıları yeni qələbələrə səsləyir.
Mayın 2-dən start götürən yarışda rayonun ümumtəhsil məktədlərinin 80 oğlan və qız şahmatçısı 8-12 və 13-16 yaş qruplarında mübarizə aparıblar, 7 turdan ibarət olan turnirin yekun nəticələrinə görə 8-12 yaş qruplarında  I yerə  oğlanlarda  Əzizov Amin , qızlarda isə Aliyə Əzizova , 13-16 yaş  qruplarında I yerə  oğlanlarda  Vasif Dünyamaliyev, qızlarda isə Novruzova Nərmin layiq görülüblər.
Turnirində I-III yerləri qazanan şahmatçılar Kürdəmir rayon Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunublar.  

Keçidlər