Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi: İslam həmrəyliyi kontekstində” mövzusunda tədbir keçirilib

05 may 2017 | 16:00

Mayın 5-də rayonun Heydər Əliyev Mərkəzində Kürdəmir Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi: İslam həmrəyliyi kontekstində” mövzusunda dəyirmi masa keçirilib. 
    Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli, AMEA-nın Dilçilik İnstitutunun direktoru, professor Mövsüm Nağısoylu Ümummilli Lider Heydər Əliyevin vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən ətraflı danışıblar. Qeyd edilib ki, Azərbaycanda müstəqil, demokratik, hüquqi dövlətin bərqərar olması, milli dövlətçiliyimizin, onun suverenliyinin qorunub saxlanılması ulu öndərin adı ilə bağlıdır. Heydər Əliyev maarifçilik ideyalarının inkişafına, milli təhsilin səviyyəsinin yüksəldilməsinə, yeni məktəblərin tikintisinə, təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə, yüzlərlə azərbaycanlı gəncin nüfuzlu ali məktəblərdə təhsil almasına xüsusi önəm verib.
     Mövzu ilə bağlı iştirakçılar qarşısında çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Kürdəmir rayonu üzrə nümayəndəsi Vüqar Nəsirov bildirib ki, 1990-cı illərin əvvəlində Azərbaycanın gələcək taleyi ilə bağlı olan problemlərdən biri də köhnə siyasi sistemin dağılması ilə cəmiyyətdə yaranan ideoloji və mənəvi böhran idi. Müstəqilliyimizi əldə etdikdən dərhal sonra bu sahədə ümidsiz bir boşluq olduğunu qeyd edən deputat sonradan vəziyyətin köklü şəkildə dəyişdiyini diqqətə çatdırıb. Köhnə ictimai-siyasi quruluş dağıldıqdan sonra onun ideoloji və mənəvi dayaqları da iflasa uğrayıb. Həmin siyasi quruluşun illərlə formalaşdırdığı və tərbiyə etdiyi ictimai şüur yeni ideologiya axtarışına çıxmaq məcburiyyətində qaldı. Bu dövr istər yeni cəmiyyət modelinin qəbul edilməsi, istərsə də milli ideologiya formalarının axtarılması ilə xarakterik idi. Vətəndaş həmrəyliyi yarada biləcək ideologiya isə yalnız 1993-cü il siyasi dönəmindən sonra səslənməyə başladı. Bu, Yeni Azərbaycan Partiyası və onun lideri ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülən müddəalar oldu.
     Dəyirmi masada ziyalılar, yerli ictimaiyyətin nümayəndələri, gənclər iştirak ediblər. Tədbirdə rayon ziyalılarının fikirləri də səslənib.

Keçidlər