Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbirlər davam edir

04 may 2017 | 16:00

Mayın 4 -də Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatının qərargahında YAP Kürdəmir rayon təşkilatı Gənclər Birliyinin  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə “Heydər Əliyev məktəbi dövlətçilik, idarəçilik məktəbidir” mövzusunda dəyirmi masa keçirilib.
        Öncə dəyirmi masa iştirakçıları rayon təşkilatının qərargahında yerləşən Ulu Öndər Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri düzüblər.
        Dəyirmi masada  Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli, rayon təşkilatının Gənclər Birliyinin Şura üzvləri, fəal gənclər iştirak ediblər.
        YAP  Kürdəmir rayon təşkilatının   akt   zalında  keçirilən tədbirdə  Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
        Tədbiri giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatının şura üzvü, YAP  rayon təşkilatı aparatının baş məsləhətçisi Məhəmməd Heydərli  bütün varlığı ilə Azərbaycana və azərbaycançılığa xidmət edən dahi rəhbərimiz – dövlətçilik  tariximizə xilaskar kimi daxil olmuş  və respublikamıza rəhbərlik etdiyi bütün  dövrlərdə bu missiyanı çox böyük uğurla yerinə yetirmiş  Ulu Öndərimiz Heydər Əliyevin  keçdiyi şərəfli həyat yolundan  danışmışdır. O, vurğulamışdır ki, Ulu Öndər Heydər Əliyev  Azərbaycana  rəhbərlik etdiyi  bütün dövrlər ərzində, həmişə xalqımızın milli maraqlarını dəqiq müəyyən etmiş, ictimai, siyasi, iqtisadi,   mədəni və digər sahələrlə yanaşı gənclərlə aparılan işi  daim önə çəkmişdir. Natiq  qeyd etmişdir ki, Ulu Öndərin Azərbaycan gəncliyinə göstərdiyi qayğı bu gün ölkə rəhbəri, partiyamızın sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
          Çıxışçılardan   Gənclər Birliyinin şura üzvü , şəhər  2 saylı tam orta məktəbin müəllimi Leyla Abdurahmanova, Heydər Əliyev Mərkəzinin elmi işçisi Xəyyam Məlikov,  şəhər 3  saylı tam orta məktəbin müəllimi Şəfəq  Şirəliyeva, fəal gənc  Rauf  Abuşov, şəhər 1  saylı tam orta məktəbin müəllimi  Günel  Cəfərova  Ulu Öndər Heydər Əliyevin cəmiyyət və dövlət quruculuğu prosesində gənclərlə iş sahəsinə xüsusi diqqət yetirməsindən,  Azərbaycan gənclərinin müstəqil dövlətimizin tərəqqisi naminə təşkilatlanmasından,  təhsilə olan qayğısından  danışmışlar.  Natiqlər bu gün  ölkə rəhbəri cənab İlham Əliyevin bu siyasəti çox böyük uğurla davam etdirməsinin  müstəqil və müasir Azərbaycanın işıqlı gələcəyinin qarantına çevrilməsinə səbəb olduğunu vurğulamışlar. Onlar gənclərimizin bu sabitlikdən, əmin-amanlıqdan bəhrələnərək ölkəmizin uğurlu gələcəyi naminə çalışacaqlarını qeyd etmişlər.
       Sonda YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli  tədbir iştirakçılarını və onların simasında rayonun bütün gənclərini  Ulu Öndər  Heydər Əliyevin anadan olmasının 94-cü  ildönümü münasibətilə təbrik edərək   qeyd etmişdir ki,  müasir tariximizin hər bir sətri Ümummilli Liderimiz Heydər Əliyevin qüdrətli əlləri ilə yazılmışdır.Bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz bütün nailiyyətlər, həyata keçirilən  və Azərbaycanımızı bütün dünyaya tanıtdıran   bütün işlər Heydər Əliyev dühasının, ideyalarının nəticəsi və təntənəsi olmaqla bərabər  əsası Ümummilli Liderimiz Heydər Əliyev  tərəfindən qoyulmuş siyasətin  parlaq təcəssümüdür. Ömrünü xalqının firavan yaşamasına həsr etmiş , dünya miqyasında tanınan və hörmətlə yad edilən Ümummilli Liderimiz   Heydər Əliyev xalqımızın yaddaşında    əbədi olaraq yaşayır və  yaşayacaqdır.

Keçidlər