Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunda “Yanğın təhlükəsizliyinin təşkili” mövzusunda maarifləndirici tədbir keçirildi.

15 yanvar 2013 | 16:00

Kürdəmir rayon İcra Hakimiyyəti Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi ilə birlikdə “Yanğın təhlükəsizliyinin təşkili” mövzusunda növbəti maarifləndirici tədbir keçirdi.
Tədbir Kürdəmir rayon İcra Hakimiyyətinin akt zalında keçirildi.Tədbirdə rayon İcra Hakimiyyəri Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Elxan Qafarov, Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin əməkdaşı Məzahir Qaçayev, Aran Reginonal Yanğına Nəzarət İdarəsinin Kürdəmir rayonu üzrə inspektoru baş leytenant Əlihəsən Əliyev, Kürdəmir Yanğından Mühafizə Dəstəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Hacıbəy İsayev, rayon İcra Hakimiyyəti Başçısının ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədirləri təhsil və səhiyyə işçiləri, bağça ,idarə və müəsissə,təşkilat rəhbərləri,rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Kürdəmir rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Elxan Qafarov keçirilən tədbiri açıq elan edərək sözü Aran Regional Mərkəzinin əməkdaşı Məzahir Qaçayevə verdi. Məzahir Qaçayev tədbirin mahiyyəti barədə iştirakçıları məlumatlandırdı və yanğın təhlükəsizliyi və dəm qazından zəhərlənmə halları ilə bağlı videoçarx nümayiş olundu. Sonra söz Kürdəmir Yanğından Mühafizə Dəstəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Hacıbəy İsayevə verdi. O isə öz növbəsində rəhbərlik etdiyi qurumun 2012-ci ildə rayon ərazisində baş vermiş yanğınlarla bağlı fəaliyyəti haqqında məlumat verərək gələcəkdə qarşılarında duran məsələlər barədə çıxış etdi. Daha sonra söz Aran Reginonal Yanğına Nəzarət İdarəsinin Kürdəmir rayonu üzrə inspektoru baş leytenant Əlihəsən Əliyev çıxış etdi. O, təhsil, səhiyyə və digər müəssisələrdə yanğın təhlükəsizliyi ilə bağlı tədbirlərin görülməsinin vacibliyi haqqında danışdı. Daha sonra tədbir iştirakçılarının çox saylı suallarına cavab verildi.
 

Keçidlər