Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə maarifləndirmə tədbirləri uğurla icra olunur

20 aprel 2017 | 16:00

Aprelin 20-də rayonun Vüqar Qurbanov adına Köhnəbazar kənd tam orta məktəbində Kürdəmir rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “İslam dininin müqəddəs qaynaqlarında həmrəylik” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Rayon Polis şöbəsinin əməkdaşı NizamiAbbasov, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Kürdəmir rayon idarəsinin əməkdaşı Kamran Dadaşov, məktəbin direktoru Zülfü Zahidov, dini icmanın sədri Aqil Əliyev, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açıq elan edən Kürdəmir RİH Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov qeyd edib ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə elan edilən “İslam Həmrəyliyi İli” bütün dünya dinlərinin nümayəndələrini birləşməyə, qarşılıqlı anlaşmaya və dialoqa çağırır. Bu, Azərbaycanın təşəbbüsü ilə dünyaya yeni çağırışdır. Və həm də müasir dünyanın mübtəla olduğu irqçilik, ksenofobiya və islamofobiya mərəzlərinə qarşı ən yaxşı məlhəmdir.
DQİDK-nin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev mövzu ilə bağlı çıxışında vurğulayıb ki, elmsizlik və məzhəblər arasında siyasi məqsədlərə çatmaq uğrunda mübarizə keçən əsrlərdə olduğu kimi, günümüzdə də müsəlman dünyasında davam etməkdədir. Məzhəblər arasında fikir ayrılığı, yalan və təhrif olunmuş məlumatların təbliğ olunması müsəlmanlar arasında düşmənçilik toxumlarının səpilməsinə səbəb olur və bu da İslam həmrəyliyinin zədələnməsinə, zəifləməsinə gətirib çıxarır. Bu problemlər hazırda İslam dünyasında müşahidə olunan münaqişə və narazılıqların əsas səbəblərindəndir.
Daha sonra “Qurani-Kərimdə və Peyğəmbərin həyatında vəhdətə çağırış” mövzusu ətrafında Kürdəmir şəhər (1) məscidi dini icmasının sədri Aqil Əliyevin, “milli-mənəvi dəyərlərimizin qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyi” mövzusunda tam orta məktəbin direktoru Zülfü Zahidovun və dini radikalizmlə mübarizə üsulları mövzusunda isə rayon Polis İdarəsinin əməkdaşı Nizami Abbasov və DTX-nin Kürdəmir rayon idarəsinin əməkdaşı Kamran Dadaşovun  çıxışları dinlənilib.
Tədbirin yekununda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb. İştirakçılara layihə çərçivəsində nəşr olunan dini ədəbiyyatlar paylanıb.

Keçidlər