Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə ilin birinci rübünün yekunları müzakirə olunub

18 aprel 2017 | 16:00

Aprelin  18-də  rayon  İcra  Hakimiyyətinin  akt  zalında   “Kürdəmir rayonunun  2017-ci  ilin  birinci  rübünün  sosial-iqtisadi  inkişafının  yekunları və qarşıda  duran  vəzifələr  barədə”   Kürdəmir   Rayon   İcra  Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun hesabat yığıncağı keçirilib.

Yığıncaqda Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Aparatının işçiləri,  rayonun hüquq mühafizə orqanlarının, idarə,   müəssisə və  xidmət  təşkilatlarının  rəhbərləri,  icra nümayəndələri və bələdiyyə sədirləri,  rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İclası giriş sözü ilə açan Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə Respublika Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş 10 aprel tarixli iclasında bu ilin 3 ayında görülmüş işlər ətraflı təhlil edilmiş, qazanılan nailiyyətlər yüksək qiymətləndirilmişdir. Aparılmış uğurlu islahatların nəticəsində 2017-ci ilin üç ayında iqtisadiyyatda müsbət meyillər davam etdirilmiş, qeyri-neft sektoru 2,4 faiz, qeyri-neft sənayesi 2 faiz, kənd təsərrüfatı 3,5 faiz, bitkiçilik 20 faizdən çox artmışdır. Bu ilin 3 ayında ticarət dövriyyəsi 15 faiz, ixrac 50 faiz, qeyri-neft ixracı 10 faiz artmış, idxal isə 17 faiz azalmışdır.Ölkə iqtisadiyyatının şaxaləndirilməsi ilə bağlı tədbirlər davam etdirilmiş,  sosial məsələlərin həlli diqqət mərkəzində saxlanılmışdır. Birinci rübdə regionlarda 85 min yeni iş yerləri yaradılmış, onlardan 70 mini daimi iş yerləridir. Cənab Prezidentimiz çıxışında düşmən tapdağından azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpasına başlandığını tarixi hadisə adlandıraraq, orada qəsəbənin salındığını və birinci növbədə 50 yaşayış evinin, məktəbin, uşaq bağçasının, məscidin tikildiyini, yeni yolun salındığını qeyd etdi. Daha sonra həmin ərazidə 150 evin və tibb məntəqəsinin tikiləcəyini vurğuladı.  Bütün sahələrdə qazanılmış uğurlar bir daha sübut edir ki, Ulu Öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi ilə yeni və sürətli inkişaf mərhələsini yaşayır, dünya miqyasında daha da güclənir və zəngin dövlətə çevrilir.
Hesabat dövründə Kürdəmir rayonunda görülən işlərdən danışan Ceyhun Cəfərov bildirib ki, 2017-ci ilin 3 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışı 2,5 faiz artaraq 67514,4 min manat təşkil etmişdir.  Ümumi məhsul buraxılışının 48,9 faizi istehsal sahələrində, 51,1 faizi xidmət sahələrində olmuşdur.Rayonun sosial-iqtisadi inkişafı Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində 2017-ci ilin birinci rübündə 1448 nəfər işlə təmin olunmuşdur ki, bundan 1433 nəfəri daimi işlə təmin olunanlardır.Cənab Prezidentimizin tapşırığına, eyni zamanda rayonun sosial-iqtisadi inkişafı Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində 2017-ci ilin 3 ayında 261 nəfər müvəqqəti işlə təmin olunmuşdur ki, bunlar əsasən  rayonumuzda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar tərəfindən yaradılmış  iş yerləridir. Bu işlər hazıda davam etdirilir.Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsinə toxunan Cənab Prezident özünəməşğulluq proqramına xüsusi diqqət yetirərək, aidiyyatı orqanlar, yerli icra orqanları və sahibkarlar qarşısında məsələ qoydu. Bununla əlaqədar olaraq rayonumuzda kənd təsərrüfatı sahəsi,  heyvandarlıq, iri və xırda buynuzlu ətlik və südlük,  əkinçilik və xidmət sahəsi üzrə 17  nəfər biznes planlarını hazırlamış, Respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müsbət qiymətləndirilmişdir. Özünüməşğulluq proqramı ilə əlaqədar mal və vasitələrin yaxın zamanlarda Nazirlik tərəfindən vətəndaşlara verilməsi planlaşdırılır.Rayonda sahibkarlığın inkişafına diqqət xeyli artırılmış, əhalinin pay torpaqlarından istifadəsinin səmərəliliyi yüksəldilmişdir. Bütün bunlar əhalinin işlə təmin olunmasına, həyat səviyyəsinin yaxşılaşdırılmasına, yoxsulluğun azaldılmasına şərait yaratmışdır.Hesabat dövründə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonumuzda aqrar sektorun inkişafına  diqqət daha da artırılmışdır.Rayonda taxıl istehsalının artırılması üçün tədbirlər davam etdirilmişdir. Bu ilin məhsulu üçün ötən ilin payızında 13018 hektarda buğda, 26853 hektarda arpa olmaqla cəmi 39871 hektar sahədə taxıl əkilmişdir. Taxıl əkinləri 1,6 dəfə suvarılmış, sahələrdə ziyanvericilərə qarşı kimyəvi mübarizə aparılmış, 35000 hektardan çox sahəyə üzvü və mineral gübrələr verilmişdir. Toxumluq taxıl sahələrinə fərdi qaydada qulluq təşkil olunmuşdur.Hazırda taxıl sahələrinə qulluq edilməsi ilə yanaşı, taxıl biçininə hazırlıq işləri də görülür. Biçinə 38 kombayn hazırlanır və onların təmiri işləri aparılır. Rayonda taxıl biçinini vaxtında başa çatdırmaq məqsədi ilə kənardan əlavə 120-dən çox kombayn cəlb edilməsi ilə bağlı iş aparılır, müqavilələr bağlanılır. Rayonda artıq yazlıq əkinlərinə başlanmış, hazırki vaxta 1200 hektardan çox sahədə yonca səpilmiş, 1120 hektardan çox sahədə kartof əkini aparılmış, 1500 hektardan çox tərəvəz toxumu səpilmiş, 1000 hektarda bostan, 286 hektar sahədə çuğundur əkilmişdir. Yazlıq əkinlərin aparılması mütəşəkkil davam etdirilir. Ölkə rəhbərinin tapşırığına əsasən rayonda pambıqçılığın inkişafı sahəsində məqsədyönlü işlər görülmüş, 2016-cı ildə əkilmiş 1911 ha sahədən 2111 tondan çox pambıq yığılaraq tədarük olunmuşdur. 2017-ci ildə 4 min hektar sahədə pambıq əkilməsi nəzərdə tutulmuşdur. Bunun üçün pambıq əkəcək fiziki və hüquqi şəxslər müəyyənləşdirilmiş, pambıq əkini üçün əlverişli sahələr seçilmiş, pambıqçılarla tədarükçülər arasında müqavilələrin bağlanması təşkil olunmuşdur. Pambıq əkiləcək sahələrdə dondurma şumu əsasən  vaxtında qaldırılmış, arat işləri aparılmışdır.Pambıq əkiləcək sahələri suvarma suyu ilə təmin edəcək kanallar və arxlar lildən təmizlənmiş, lazımi hidrotexniki qurğular qurulmuş, suvarma şəbəkələri hazır vəziyyətə gətirilmişdir.Rayonda artıq çiyid səpininə başlanılmış, səpin ilə əlaqədar 20 ədəddən çox səpin aqreqatı sahələrə çıxarılmış,  sahələrdə səpin işləri mütəşəkkil davam etdirilir. İndiyədək 2000 hektara yaxın sahədə çiyid səpilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2017-ci il tarixli 115s saylı Sərəncamı ilə rayonda “Şilyan massivi” adlanan ərazidəki qış otlaqlarından 6150 hektarının, 10 mart 2017-ci il tarixli 190s saylı Sərəncamı ilə “Muradxan-Pirili massivi” adlanan ərazidəki qış otlaqlarından isə 4463,6 hektarının təyinatı dəyişdirilərək əkin dövriyyəsinə 10613 hektar münbit torpaq sahəsi qatılmışdır. “Şilyan massivi”ndəki ərazini suvarma suyu ilə təmin etmək üçün kanalın tikintisinin layihə-smeta sənədləri hazırlanmış və yaxın günlərdə tikinti işlərinə başlanacaqdır.“Muradxan-Pirili mssivi”ni suvarma suyu ilə təmin edəcək kanalın layihə-smeta sənədləri hazırlanır.Bu torpaqlarda artıq aqroparklar yaradılmış, aqroparklar tərəfindən bu sahələrin meliorasiya olunması, müasir suvarma sistemləri qurulması, torpağın yaxşılaşdırılmasına yönəldilən digər tədbirlərin görülməsi sahəsində işlər aparılır.  Bu il artıq bu torpaqların 500 hektarından çoxu qarabaşaq, soya, qarğıdalı və digər yazlıqların əkini üçün hazırlanmışdır. Rayonda 2016-cı ildə 3577,5 kq barama istehsal edilmiş, bu işlə 46 nəfər kümçü məşğul olmuşdur. Ənənəvi sahələrdən olan baramaçılığı gələcəkdə daha da inkişaf etdirmək, onun yem bazasını möhkəmləndirmək məqsədi ilə 46 min ədəd tut (çəkil) tingi əkilmişdir. Hazırda tinglərin becərilməsi işləri aparılır. 2017-ci ildə 16 tondan çox barama istehsalı nəzərdə tutulmuşdur. Barama istehsalı ilə məşğul olacaq kümçülər müəyyən edilmiş, kümçülərin siyahıları tərtib edilmiş, kümxanalar hazırlıq vəziyyətinə gətirilmişdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq 2017-ci ilin 3 ayı ərzində rayonumuzda   tikinti-quraşdırma, yenidənqurma və abadlıq işləri yerinə yetirilmişdir. Rayonun Axtaçı-Qarabucaq kəndində 132 şagird yerlik tam orta məktəbin tikintisinə başlanılmış, tədris binasının birinci və ikinci mərtəbəsinin divarlarının hörgü işləri tamamlanmış, monolit dəmir-beton tavaları tökülmüş, idman zalının dəmir-beton bünövrəsi tökülmüş, zirzəmi və divar hissəsinin hörgü işləri tamamlanmışdır. Məktəbin qazanxana və nasosxana binaları tikilmiş, 160 kv-luq elektrik transformatoru quraşdırılmış, 10 kv-luq hava xətti çəkilmişdir.Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 yanvar tarixli 2607 nömrəli Sərəncamı Respublika Təhsil Nazirliyinə ayrılmış vəsait hesabına rayonun Çöl Ərəb kəndində 96, Çərtəyəz kəndində 56, Qurdlar kəndində 40 şagird yerlik ümumi orta, Yeni Şıxımlı və Pirəköcə kəndlərində isə 40 şagird yerlik ibtidai modul tipli məktəbin quraşdırılması nəzərdə tutulmuş, hazırda rayonun Yeni Şıxımlı kəndində 40 şagird yerlik ibtidai modul tipli məktəbin quraşdırılmasına  başlanılmış, bünövrə və yan divarlarının dirəkləri quraşdırılmış, dam örtüyünün çardaqlanmasına başlanılmışdır.Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən əhalinin məşğulluğunun artırılması məqsədi ilə 2017-ci ilin dövlət büdcəsindən Kürdəmir rayon İcra Hakimiyyətinə şəhərin 10 çöxmənzilli ictimai yaşayış binalarının təmiri işlərinə ayrılmış vəsait hesabına hazırda şəhərin Koroğlu küçəsində yerləşən 5 çöxmənzilli ictimai yaşayış binasında işlərə başlanılmışdır. Ölkə Prezidentinin kənd yollarının təmir və tikintisinə dair müvafiq sərəncamına əsasən 37,2 km-lik Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolunun 13 km-lik məsafəsində ilkin mərhələdə yolun əsası xışlanaraq yumşaldılmış, çökmüş hissələrinə çınqıl əlavə edilmiş, yolun əsası avtoqreyderlə hamarlanaraq katokla kipləşdirilmişdir. Hazırda həmin yolda tikinti işləri davam etdirilir.Eləcə də rayonun Qarasaqqal kəndinə giriş yolunun 7 km məsafəsində yolun əsası xışlanaraq yumşaldılmış, çökmüş hissələrinə çınqıl əlavə edilmiş, yolun əsası avtoqreyderlə hamarlanaraq katokla kipləşdirilmişdir. Rayonun Xınıslı, Muğanlı, Çərtəyəz kəndlərinə giriş yollarının çökmüş hissələrinə çınqıl tökülərək avtoqreyderlə hamarlanmışdır.2017-ci il üçün şəhərin küçə və meydanlarının əsaslı təmiri proqramına aprel döyüşlərində Şəhid olmuş Əbubəkr İsmayılovun və Tural Qurbanovun adları verilmiş küçələrin əsaslı təmiri və asfaltlaşdırılması işləri daxil edilmiş və birinci növbədə icra edilməsi nəzərdə tutulur. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığına əsasən 2017-ci ilin fevral ayının 15-dən rayonda əhalinin tibbi müayinədən keçirilməsinə başlanılmışdır.Əhalinin tibbi müayinəsi Kürdəmir Mərkəzi Rayon Xəstəxanasında, Poliklinika şöbəsində, 2 kənd sahə xəstəxanasında və 6 həkim məntəqəsində aparılır. Kənd əhalisinin tibbi müayinədən keçirilməsi üçün 8 həkim briqadası yaradılmışdır.Bu günə kimi rayon üzrə 61983 nəfər tibbi müayinədən keçirilmişdir. 2017-ci ilin “İslam Həmrəyliyi” ili elan edilməsi ilə əlaqədar olaraq məktəblərdə aidiyyatı təşkilatlarla birgə müxtəlif mövzularda tədbirlər keçirilmişdir."Umumrespublika Yaşıllaşdırma" marafonu çərçivəsində həyata keçirilmiş ağacəkmə kompaniyası zamanı rayonumuzda 2017-ci ilin birinci rübündə 15 min müxtəlif ağac və gül kolları əkilmiş ,ümumilikdə 120 min ağacın əkilməsi nəzərdə tutulur. Hazırda ağac əkmə kompaniyası davam edir.
Məruzə ətrafında rayon Kənd Təsərrüfatı idarəsinin rəisi Mətləb Kərimov, Baytarlıq idarəsinin rəisi Mehman Nəsirov, Su-kanal idarəsinin rəisi Arzu Şahbazov  və Suvarma Sistemləri idarəsinin  rəisi Talıb Məmmədov çıxış edərək rayonda görülmüş işləri yüksək dəyərləndiriblər.
Yığıncaqda müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul edildi.
Sonda Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov hesabatı yekunlaşdıraraq qarşıda duran mühüm vəzifələri diqqətə çatdırdı, 2017-ci ili uğurla başa vurmaq üçün konkret tapşırıqlarını verdi.

Keçidlər