Kürdəmirdə Şəhidlər Unudulmur adlı tədbir keçirilib
Aprelin 13-də rayonun Heydər Əliyev Mərkəzində Kürdəmir Rayon İcra Hakimiyyətinin və Azərbaycan Bayrağı Ordenli “Şəhid pilot Təbriz Musazadə" adına təhsil və incəsənət hazırlıq mərkəzinin birgə təşkilatçılığı ilə "Şəhidlər Unudulmur" adlı tədbir keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, rayon ziyalıları, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.
Tədbirdə ilk öncə 2016-cı il aprelin 2-də dövlətimizə qarşı növbəti təxribatının qarşısının alınmasında qəhrəmanlıq göstərərək şəhid olmuş, Mi-24 hərbi helikopterinin ekipaj üzvülərinin həyatından bəhs edən slayd nümayiş olunub.
Tədbirdə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Dağlıq Qarabağ döyüşlərinin müasir mərhələsindən, Ermənistanın işğalçı siyasətindən və xalqımızın şanlı qəhrəmanlıq səhifəsini yazan aprel döyüşlərindən söhbət açdı.
Tədbirdə şəhid Əbubəkr İsmayılovun anası Rəna İsmayılova, şəhid Tural Qurbanovun atası Gürşad Qurbanov çıxış edərək övladları ilə fəxr etdiklərini söyləyiblər.
Daha sonra çıxış edənlər Vətən torpağı uğrunda canından keçən şəhidlərin, o cümlədən, Mi-24 hərbi helikopterinin ekipaj üzvülərinin Əbubəkr İsmayılovun, Təbriz Musazadə və Urfan Vəlizadənin qəhrəmanlığından, yurd sevgisindən danışdılar.
Tədbirdə "Şəhid pilot Təbriz Musazadə" adına təhsil və incəsənət hazırlıq mərkəzin təsisçi rəhbəri Pərişan Musazadə çıxış edərək şəhidlərin əziz xatirəsinə göstərdiyi ehtirama görə tədbir iştirakçılarına təşəkkür etdi.
Tədbirdə Azərbaycan Bayrağı Ordeni “Şəhid pilot Təbriz Musazadə" adına təhsil və incəsənət hazırlıq mərkəzinin şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər və musiqilər səsləndirilib.