Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunda keçirilən uşaq və yeniyetmələr arasında idmanın şahmat növü üzrə Azərbaycan zona birinciliyi başa çatdı

10 yanvar 2013 | 16:00

2013-cü ilin 09 yanvar tarixində Kürdəmir Olimpiya İdman Kompleksində keçirilən uşaq və yeniyetmələr arasında idmanın şahmat növü üzrə Respublika zona birinciliyi başa çatdı.
Birinciliyin bağlanış mərasimində Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev, Şahmat Federasiyasının Vitse-prezidenti Faiq Həsənov,Təhsil İdman Mərkəzinin direktor müavini İbrahim Məmmədov,Respublikanın şəhər və rayonlarının gənc sahmatçıları ,valideynlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Yarışda 8, 10, 12, 14 və 16 yaşlı şahmatçılar İsveçrə sistemi ilə 9 turda öz qüvvələrini sınadılar.
Yekunda Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev çıxış edərək bildirdi ki,Respublikamızda bütün sahələrdə olduğu kimi idamanda da böyük naliyyətlər əldə edilmişdir.Ölkə rəhbəri İlham Əliyevin diqqət və qayğısı nəticədində idmançılarımız ən möhtəbər yarışlarda, Olimpiyadalarda,Dünya və Avropa birinciliklərində yüksək nəticələrə nail olaraq,Respublikamızı ləyaqətlə təmsil etmişdilər.
Sonda qaliblər Kürdəmir rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr , diplom və medallarla təltif olundular.
 

Keçidlər