Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanlıların Soyqırımı Günü Kürdəmirdə qeyd edilib

31 mart 2017 | 16:00

Martın 31-də rayonun Heydər Əliyev Mərkəzində 31 mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı dəyirmi masa keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli, rayonun idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, rayon ziyalıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasim  iştirakçıları 31 mart soyqırımı hadisələrində və vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra Mehriban Ələkbərzadənin müəllifi olduğu “Tarixin bir günü və ya bir günün tarixi” adlı sənədli filmi nümayiş etdirilib.
Tədbirdə “Azərbaycanlıların soyqırımının mahiyyəti və tarixi kökləri” mövzusunda Sor-Sor kənd  tam orta məktəbin tarix müəllimi Zeynal Səfərov, “1918-ci il 31 mart Soyqırımı” mövzusunda şəhər 6 saylı tam orta məktəbin tarix müəllimi Elnurə Eminbəyli, “Kürdəmir soyqırım illərində” mövzusunda rayon Ağsaqqallar Şurasının sədri Ayət Nəsirov, “Azərbaycanlıların soyqırımının təbliğ edilməsi və gələcək nəsillərə çatdırılması hər bir azərbaycanlının vətəndaşlıq borcudur” mövzusunda Kürdəmir Regional Mədəniyyət və Turizm idarəsinin məsləhətçisi Nazim Çıraqov məruzələrlə çıxış edərək Ulu Öndər Heydər Əliyevin ali hakimiyyətə  qayıdışından  sonra erməni  millətçilərinin  iki əsr ərzində xalqımıza qarşı  törətdikləri  vəhşiliklərə  obyektiv  hüquqi-siyasi  qiymətin verilməsindən,  1998-ci ilin  martın 26-da imzaladığı  fərmanla  31 martı Azərbaycanlıların  Soyqırımı  Günü  elan  etməklə   Ümummilli Liderin  tarixi ədaləti bərpa etməsindən ətraflı danışdılar.
Tədbirdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin müavini Vəsilə Əsgərli Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.Amma zaman keçdi, haqq-ədalət öz yerini aldı. Xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev tərəfindən ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım hadisəsinə siyasi qiymət verildi. Belə ki, 1998-ci il 26 mart tarixində Ulu Öndərin imzaladığı fərmana əsasən “31 mart azərbaycanlıların soyqırımı günü” kimi qeyd edilməyə başlandı.Hal-hazırda dünyanın bir çox tərəqqipərvər ölkələrində, hətta ABŞ-nın bir neçə ştatında “31 mart azərbaycanlıların soyqırımı günü” kimi qəbul edilib. Bütün bunlar isə Ulu Öndərin layiqli davamçısı, çox hörmətli Prezidentimiz İlham Əliyev cənablarının yeritdiyi düzgün, düşünülmüş daxili və xarici siyasətin nəticəsidir. Bu işin bir daha dünya dövlətlərinə və xalqlarına çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri təqdirəlayiqdir.

Keçidlər