Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində Ölkə Prezidentinin nitqindən irəli gələn vəzifələrin Kürdəmir rayonunda icrasına dair müşavirə keçirilib

29 mart 2017 | 16:00

Martın  29-da  rayon  İcra Hakimiyyətinin akt zalında  Azərbaycan Respublikasının  Prezidenti   cənab   İlham   Əliyevin   rəhbərliyi  ilə  28 mart 2017-cil il tarixdə  Saatlı  rayonunda keçirilən  “Pambıqçılığın inkişafı məsələlərinə dair” müşavirədə verilən tapşırıqların icrası ilə əlaqədar Kürdəmir  rayonunda  pambıqçılığın   inkişafı   sahəsində   görülən   işlər   və   qarşıda   duran   vəzifələrə  həsr olunmuş rayon müşavirəsi keçirilib.
Müşavirədə Kürdəmur Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri,  pambıq istehsalçıları iştirak ediblər.
Müşavirədə  Kürdəmir  Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov çıxış edərək bildirdi ki,  ölkə  Prezidenti cənab  İlham Əliyevin  rəhbərliyi ilə  respublikamızda   qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirilən   tədbirlər  bütövlükdə respublikamızın, eləcədə hər bir  regionun  inkişaf  istiqamətlərini,  imkanlarını və  perspektivlərini müəyyən edir. Hazırda   regionlarda  qeyri neft  sektorunun prioritet istiqamətlərindən olan aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı aparılan işlər   Kürdəmir  rayonunda da öz bəhrəsini verməkdədir. Kürdəmir   həmişə  respublikamızın  aparıcı  aqrar  rayonlarından  biri olmuş,  daha  çox pambıqçılıq ənənələrinin inkişafına görə tanınmışdır.
Ceyhun Cəfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 28 mart 2017-ci il tarixdə  Saatlı rayonunda keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair müşavirədə cənab Prezidentin bu sahəyə göstərdiyi diqqəti bir daha vurğulayaraq qeyd etdi ki, ölkə rəhbəri çıxışında pambıqçılığın inkişafının artıq reallıq olduğunu və 2016-cı il dönüş ili kimi tarixə keçdiyini söylədi. 2015-ci il demək olar ki, bizim müasir tariximizdə pambıqçılıqda ən pis il olmuş, 18 min hektardan cəmi 35 min ton pambıq tədarük edilmişdir. Keçən il qısa müddət ərzində, bütün gücləri səfərbər edərək dönüş yaradılmışdır. Çox ciddi tədbirlər görüldü, texnika alındı, dövlət dəstəyi göstərildi, imkan daxilində meliorasiya işləri aparıldı. Keçən il biz 51 min hektarda pambıq əkmişdik və nəticədə 90 min tona yaxın məhsul götürülmüşdür. Yəni, bu, 2015-ci illə müqayisədə üç dəfə çoxdur. Ceyhun Cəfərov bildirib ki,pambıq əkininə əlavə subsidiyanın verilməsi, pambığın qiymətinin artırılması, fermerlərə toxum, gübrə alınmasında, aqrotexniki işlərin aparılmasında dövlət tərəfindən müvafiq köməkliklərin göstərilməsi, fermerlərin və emal müəssisələrin güzəştli şərtlərlə maliyyələşdirilməsi ilə bağlı köməkliklər göstərilməsi  rayonumuzda pambıqçılığa marağı daha da artırıb. Bunun nəticəsidir ki, son illərlə müqayisədə (2015-ci ildə 22 ha , 2016-cı ildə 1911 ha) bu il dəfələrlə çox 4000 hektar su mənbəyinə yaxın və melorativ cəhətdən əlverişli torpaq sahələri müəyyən edilmiş,dondurma şumu aparılmış və arat işləri başa çatdırılmış,sahələr səpin üçün hazır vəziyyətə gətirilmişdir.Pambıq əkiləcək sahələr suvarma suyu ilə təmin edəcək kanallar və arxlar lildən təmizlənmiş, lazımi hidrotexniki qurğular qurulmuş,suvarma şəbəkələri qurulmuşdur.
Sonra Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Əşrəf Şükürov, Saatlı MKT İK MMC-nin Kürdəmir rayon şöbəsinin müdiri Ağalar Hacıyev və pambıq istehsalçıları çıxış edərək görülən işlərdən danışdılar, əkin zamanı yaranan bəzi çətinliklərin həlli yollarını müzakirə etdilər.
Yekunda Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov  əkiləcək pambıq sahələrinin hazırlanması istiqamətində görüləcək işləri qeyd etdi, tapşırıq və göstərişlərini verdi.

Keçidlər