Kürdəmirdə Novruz bayramı münasibəti ilə ümumrayon şənliyi keçirilib
Martın 17-də rayonun Bayraq Meydanında Novruz bayramı münasibəti ilə təşkil olunmuş el şənliyində Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, rayonun hüquq-mühafizə orqanlarının , idarə , müəssisə və təşkilat rəhbərləri və əmək kollektivləri, ağsaqqallar və ziyalılar, rayon sakinləri, gənclər, rayon ictimaiyyətinin nümayəndələri, eləcədə rayonda məskunlaşmış məcburi köckün və qaçqınlar iştirak edirdilər.
Tədbir iştirakçıları rayonun bütün kəndlərinin öz adət-ənənələrinə uyğun novruz adətləri və qədim əşyalarlı ilə tanış oldular. Karrar, Köhünlü, Pirili, Atakişili, Şilyan kənd sakinlərinin nümayiş etdikləri qədim əşyalar, habelə novruz atributları daha yadda qalan oldu. Qədim muzey əşyaları, xalça və palazlar, qədim misgərlik əşyaları hamıda maraq oyadırdı. Xalça toxuyan, cəhrə əyrən, yun darayan qadınlar, habelə xalq rəqslərini məharətlə ifa edən milli geyimli oğlan və qızların çıxışları da alğışlarla qarşılandı. Kosa və keçəlin məsəkələri onların şən zarafatları əsl bayram ovqatı yaradırdı. Pəhləvanların bir-birindən maraqlı çıxışları, gənclərin qol güclərinin nümayiş etdirməsi,milli oyunların göstərilməsi hamıda marağa səbəb oldu. Kəndirbazın və onun keçisinin çıxışları isə daha yadda qalan oldu. Onların rəngarəng nömrələri, xalq rəqsləri alqışlarla qarşılandı.
Məktəblilərin əl işlərindən ibarət rəsm sərgiləri baharın, Novruzun əlvan çalarlarını əks etdirməklə baxanlarda böyük zövq oyadırdı.Musiqi sədaları altında meydangirlik edən idmançılar,sinələrində ağır daşları oynadan pəhlivanlar,maraq dolu həyəcan yaradan kəndirbazlar,qədim milli oyun mərasimləri ,milli adət və ənənələrimiz əks etdirən digər meydan tamaşaları insanlardakı bayram əhval -ruhiyyəsini dahada artırırdı.Birbirindən gözəl xalq musiqi və rəqsləri , muğam və aşıq mahnıları bayram ab-havasına xüsusi rəng qatırdı. Bayraq Meydanının mərkəzində ucaldılmış Novruz tonqalını Dədə Qorqudun iştirakı ilə yandırıldı. Bahar qız “Cəngi” sədaları altında rayon ictimaiyyəti və əhalisini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etdi. Dədə Qorqud xalqa öz Novruz arzularını söylədi, elə - ulusa xoşbəxtlik arzuladı.
Mərasimdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Novruz bayramı münasibəti ilə rayon sakinlərini təbrik etdi, onlara həyatda və əməli fəaliyyətdə daha böyük uğurlar arzuladı. Xalqımızın ən qədim bayramlarından biri olan Novruzun evlərə sevinc, şadlıq gətirdiyini, Novruzla bağlı nəğmələr, mərasimlər, tamaşalar isə şifahi xalq yaradıcılığımızın ayrılmaz hissəsi olduğunu bildirdi.
Bayram mərasimi incəsənət ustalarının iştirakı ilə verilən maraqlı konsert proqramı ilə davam etdi.