Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “İslamın birlik və bərabərliyə verdiyi əhəmiyyət” mövzusunda maarifləndirici tədbir keçirilib

15 mart 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq Kürdəmir Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə martın 15-də Möhübbət Əzimov adına Atakişili kənd tam orta məktəbinin akt zalında Kürdəmir şəhər (1) məscidi dini icmasının “İslamda həmrəylik şüuru” layihəsi çərçivəsində “İslamın birlik və bərabərliyə verdiyi əhəmiyyət” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti  Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Kürdəmir rayon İdarəsinin əməkdaşı Seymur Müslümov, Rayon Polis şöbəsinin əməkdaşı Asif Əhmədov, Atakişili kənd tam orta məktəbin direktoru Aytən Əkbərova, dini icmanın sədri Aqil Əliyev, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan Kürdəmir RİH Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov Azərbaycanda multikultural və tolerant dəyərlərin qorunub mühafizə olunduğu məkanlardan biri olan Kürdəmir rayonunda  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə belə maarifləndirmə tədbirlərinin keçirilməsinin təqdirəlayiq olduğunu vurğulayaraq layihənin işinə uğurlar arzulayıb.
Mövzu ilə bağlı geniş məruzə ilə çıxış edən DQİDK-nin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev Prezidentimiz cənab İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasının olduqca əhəmiyyətli və zamanın çağırışlarına cavab verən mühüm bir addım olduğunu qeyd edib.
Daha sonra “İslamın birlik və bərabərliyə verdiyi əhəmiyyət” mövzusu ətrafında Kürdəmir şəhər (1) məscidi dini icmasının sədri Aqil Əliyevin, “milli-mənəvi dəyərlərimizin qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyi” mövzusunda isə DTX-nin Kürdəmir rayon şöbəsinin əməkdaşı Seymur Müslümovun, rayon Polis İdarəsinin əməkdaşı Asif Əhmədovun və tam orta məktəbin müəlliməsi Laləzar Quliyevanın çıxışları dinlənilib.
Tədbirin yekununda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb. İştirakçılara layihə çərçivəsində nəşr olunan dini ədəbiyyatlar paylanıb.

Keçidlər