Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə ilaxır çərşənbəsi qeyd edildi

14 mart 2017 | 16:00

Martın 14-də rayonun Qələbə parkında Rayon İcra Hakimiyyətinin və Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə torpağın və həyatın oyandığı İlaxır çərşənbə - Torpaq çərşənbəsi böyük coşqu ilə qeyd edildi.
Mərasimdə MKS- nin “Açıq kitabxana” sərgisi, Tarix Diyarşünaslıq muzeyinin qədim muzey əşyaları, Şilyan xalçaları,Dövlət Rəsm Qalereyasının uşaqların əl işlərindən ibarət rəsm sərgiləri və digər əl işləri nümayiş etdirildi.
Tədbir iştirakçılarına rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət ansamblları və Uşaq İncəsənət Məktəbinin musiqi kollektivləri maraqlı çıxışları  xoş ovqat bəxş etdi.
Rayon ictimaiyyətinin, ziyalıların və rayon sakinlərinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısının müavini  Vəsilə Əsgərli bayram təbriklərini rayon sakinlərinə çatdırdı, sakinlərə xoşbəxtlik və ruzi-bərəkət arzulayaraq, milli-mənəvi dəyərlərimizin qorunmasına göstərilən diqqətdən söhbət açdı.

Şən əhval-ruhiyyə ilə keçən bayram tədbiri böyükdən-kiçiyə hamıya xoş ovqat bəxş etdi.

Keçidlər