Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub

03 mart 2017 | 16:00

Martın 3-də rayonun Gənclər evində “5 mart -  Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə tədbir keçirilib. İlk öncə tədbir iştirakçıları Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə tər-çiçək dəstələri düzdülər.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Razim Rahov, Kürdəmir rayon Gənclər və idman idarəsinin əməldaşları, rayonun veteran və gənc idmançıları və məşqçiləri iştirak edib.
Tədbiri giriş sözü ilə acan Kürdəmir rayon Gənclər və idman idarəsinin rəisi Süleyman Əhmədov rayon idmançılarını bayram münasibəti ilə təbrik etdi o, bildirdi ki, bu tarix Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir. Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub. Prezident İlham Əliyevin 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbər seçilməsindən sonra ölkəmizdə idmana və bədən tərbiyəsinə diqqət daha da artırılıb. Bu gün Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrildiyini böyük fəxrlə söyləmək olar. Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, yeni Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları ölkəmizdə idmanın kütləviləşməsinə əlverişli şərait yaradıb. İndi nəinki paytaxt Bakıda, demək olar ki, ölkəmizin bütün bölgələrində müasir Olimpiya İdman kompleksləri fəaliyyət göstərir. Son illərdə Azərbaycanda 50-dək yeni Olimpiya İdman kompleksi, bir sıra müxtəlif idman növləri üçün möhtəşəm arenalar istifadəyə verilib. Bir-birinin ardınca istifadəyə verilən Olimpiya idman kompleksləri bölgələrdə idmanın inkişafında da mühüm rol oynayır. Hazırda bir çox rayonlarda yeni Olimpiya İdman kompleksləri inşa olunmaqdadır.
Tədbirdə iştirak edən veteran idmançılar Mirzağa Zeynalov, Həsən Hidayətov, Əlisahib Əliabbasovda oz çıxışlarında bilrirdilər ki, zəngin və güclü idman ənənələri, peşəkar təşkilatçılığı ilə dünya idman ailəsində söz və nüfuz sahibi olan Azərbaycan daha bir neçə mötəbər idman yarışına ev sahibliyi edəcək. Təkcə cari ildə Azərbaycanda dünya miqyaslı üç böyük yarış təşkil olunub. 2016-ci ilin mayinda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsi, iyunda təşkil olunmuş “Formula-1” Avropa Qran-pri yarışı, sentyabrda isə Ümumdünya Şahmat Olimpiadasına Bakı ev sahibliyi etmişdi. Bununla yanaşı, ölkəmiz bu il IV İslam Həmrəylik Oyunlarına, 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının final mərhələsinin oyunlarına ev sahibliyi edəcək.Bütün bu uğurlar onu göstərir ki, hazırda Azərbaycan idmanı inkişafının ən yüksək dövrünü yaşayır. Azərbaycan idmanın bugünkü inkişaf səviyyəsi gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsini daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi yüksək diqqət və qayğının göstəricisidir. Məhz bu diqqət və qayğı Azərbaycanın qarşıdakı illərdə idmanda daha böyük uğurlara imza atacağını deməyə əsas verir.
Tədbirin sonunda rayonda idmanin müxtəlif növlərinin inkişaf olunmasında fəal iştirak edən bir qrup idman mütəxəssisinə fəxri fərmanlar təqdim edildi.

Keçidlər