Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunda idmanın şahmat növü üzrə Azərbaycan birinciliyi keçirilir

08 yanvar 2013 | 16:00

2013-cü ilin 03 yanvar tarixindən Kürdəmir Olimpiya İdman Kompleksində idmanın şahmat növü üzrə Respublika birinciliyi keçirilir.
Birinciliyin açılış mərasimində Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev, Şahmat Federasiyasının Vitse-prezidenti Faiq Həsənov, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin idman sektorunun baş məsləhətçisi Tofiq Eyvazov,Nazir müavininin köməkçisi Lütfiyar Rüstəmov ,Respublikanın şəhər və rayonlarının gənc sahmatçıları ,valideynlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Turnir İsveçrə sistemi ilə 9 turdan ibarət olacaq. Yarışda 8, 10, 12, 14 və 16 yaşlı idmançılar öz qüvvələrini sınayırlar.
Yarışın keçirilməsində əsas məqsəd regionlarda olan şahmat məktəblərini daha da inkişaf etdirmək və bölgələrdə olan potensiallı idmançıları üzə çıxarmaqdır.
Turnirdə Respublika şəhər və rayon uşaq şahmat məktəblərinn üzvləri iştirak edirlər.
Qeyd edək ki, şahmat yarışı yanvarın 10-dək davam edəcək.
 

Keçidlər