Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “İslam həmrəyliyi gənclərin gözü ilə” mövzusunda tədbir keçirilib

10 fevral 2017 | 16:00

Fevralın 10 – da Kürdəmir rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi, Kürdəmir rayon Polis İdarəsinin və DTX-nin Kürdəmir rayon İdarəsinin birgə təşkilatçılığı ilə Kürdəmir şəhər 3 saylı tam orta məktəbin akt zalında  “İslam həmrəyliyi gənclərin gözü ilə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, rayon Polis İdarəsinin əməkdaşı Asif Əhmədov, DTX-nin Kürdəmir rayon idarəsinin əməkdaşı Seymur Müslümov,  məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov qeyd edib ki, Prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycan Respublikasında “İslam həmrəyliyi ili” elan edilməsi haqqında sərəncamı mühüm tarixi əhəmiyyət daşımaqla bərabər, zamanın böyük probleminə çevrilmiş İslam ölkələri arasında ziddiyyətlərin aradan qaldırılmasına, həmrəyliyin formalaşdırılmasına yönələn səmimi təşəbbüsdür. İslam dininin yayılmasında və eyni zamanda müsəlman intibahının bərqərar olmasında mühüm rol oynayan Azərbaycanın böyük bir missiyanı üzərinə götürmüş olduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən DQİDK-nin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev qeyd edib ki, beynəlxalq çağırışlar, zorakılıq və terror hadisələrinin yayılması, bu terrorun bəzi beyinlərdə İslamla əlaqələndirilməsi, bu dinə zorakılıq mənbəyi, ekstremizmə sövq edən din kimi baxılması kimi halların fonunda İslam dünyası, doğrudan da bu həmrəyliyə möhtacdır. Ə.Rəfiyev gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması ilə bağlı keçirilən maarifləndirmə tədbirlərinin  əhəmiyyətini diqqətə çatdırıb.
Tədbirdə Dövlət Təhlükəsizlik Xidmətinin Kürdəmir rayon şöbəsinin əməkdaşı Seymur Müslümov, “dini radikalizm və ekstremizmə qarşı mübarizənin təşkili”, rayon Polis İdarəsinin əməkdaşı Asif Əhmədov isə “radikalizm və ekstremizmin milli-mənəvi dəyərlərimizə vurduğu ziyan və bu sahədə həyata keçirilmiş profilaktik tədbirlər” mövzusunda çıxışlar ediblər.
İştirakçıları maraqlandıran sualların cavablandırılması ilə tədbir öz işini yekunlaşdırmışdır.

 

Keçidlər