Şriftin ölçüsü :

Saytın rəngi :

Bu il Kürdəmirdə 4 min hektardan çox sahədə pambıq əkiləcək

08 fevral 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə pambıqçılığın inkişafına dair verdiyi tapşırıqlara uyğun olaraq, bu il Kürdəmir rayonunda 4 min hektar sahədə “ağ qızıl” əkiləcək.
Ötən il rayon ərazisində 1911 hektar sahədə pambıq əkilib.Məhsul yığımı dövründə 2000 nəfərə yaxın işçi qüvvəsi, 2 pambıqyığan maşın, digər maşın və mexanizmlər cəlb edilərək sahələrdən bol pambıq yığılaraq zavodlara təhvil verililib.
Həmçinin 2017-ci ildə rayonda əkiləcək pambığa görə istehsalçılar və emal müəssisələri arasında xam məhsulun istehsalı və alqı-satqısına dair 168 müqavilə bağlanıb. Hazırda rayon ərazisində 4 min hektar sahədə şumlama işləri həyata keçirilib, arat işləri aparılır.  
Qeyd edək ki, zəngin pambıqçılıq ənənəsinə malik olan rayonda ötən il əkin sahələrinə lazımi aqrotexniki qulluq göstərilib və 2 min 111 ton məhsul yığılıb.

Keçidlər