Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə əkinəyararlı torpaqların su təminatının yaxşılaşdırılması istiqamətində işlər görülür

06 fevral 2017 | 16:00

Rayon ərazisində əkin dövriyyəsinə qatılması üçün 21 min 400 hektar əkinəyararlı münbit torpaq sahələri seçilmiş, həmin sahələrin suvarma suyu ilə təmin edilməsi üçün layihələr və smeta sənədləri hazırlanmış, bu torpaqların əkin kateqoriyasına keçirilməsi üçün aidiyyatı mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırılmışdır. Hazırda suvarma şəbəkələrinin təmiri və tikintisi üçün lazımi işlər görülür.
Bundan əlavə rayon ərazisində ötən il ərzində 955 km kanal və 195 km dren şəbəkəsi lildən təmizlənmiş, 213 hidrotexniki qurğu, 17 nasos kompleksi, 5,4 km beton kanal əsaslı təmir olunmuşdur.            
Rayonun Carlı kəndində 250 hektardan çox həyətyanı və əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədi ilə 710 m3/san gücündə su nasos stansiyası tikilərək istifadəyə verilmişdir. 

Keçidlər